!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada 250 min müsəlman bayram namazı qılıb - VİDEO

!Reklam – Yazi

Rusiyanın paytaxtı Moskvada Ramazan bayramı namazına təqribən 250 min insan toplaşıb.

Bu barədə Rusiya Federasiyasının Milli Qvardiya Qoşunları Federal Xidmətinin məlumatında bildirilir.

Paytaxtın Cümə məscidinə on minlərlə inanclı gəlib. Müsəlmanları Rusiyanın Müftilər Şurasının rəhbəri şeyx Ravil Qaynutdin təbrik edib.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin federasiya ərazisində yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

“Ramazan bayramı uzun əsrlərdir qeyd olunan dini bayramlardan biridir. Ramazan ayının başa çatması münasibətilə qeyd olunan bu bayram insanlara sevinc gətirir, köməyə ehtiyacı olanları bir-birinə kömək etməyə səsləyir”.

Putinin təbrikində Rusiya müsəlmanlarının ünvanına xeyli xoş sözlər də deyilib. Onların Rusiyanın inkişafındakı xidmətləri sadalanıb.

Qeyd edək ki, Rusiya ərazisində rəsmi məlumatlara görə 20 milyona yaxın müsəlman yaşayır.

Yenicag.az

www.yenicag.az

1771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv