www.sinerjipro.net

SinerjiProWide
Reklam

qudsiRusiya paytaxtında Azərbaycan İcması Evinin təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, Ümumrusiya Azəırbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev, “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev, Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov, Rusiya Dövlət Dumasının deputatı, milli azlıqlar üzrə komitənin sədr müavini Ruslan Qostyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Rizvan Əliyev, Rusiyanın bir sıra regionlarındakı Azərbaycan diasporunun rəhbərləri, iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Azərbaycan rəhbərliyi və səfirlik adından mərasim iştirakçılarını salamlayıb: “Bu gün Rusiyadakı Azərbaycan diasporu üçün tarixi bir gündür. Azərbaycan İcması Evinin təntənəli açılışıdır. Bu binada həm Ümumrusiya Azərbaycan Konqresi, həm də Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti olan “Azərros” yerləşir. Azərbaycan İcması Evində elmi, mədəni və humanitar xarakterli tədbirlər keçiriləcək. Biz hər şeydən öncə yadda saxlamalıyıq ki, güclü Azərbaycan icması, ilk növbədə güclü Rusiya cəmiyyəti deməkdir. Güclü Azərbaycan diasporu Rusiya ilə Azərbaycan arasında məhkəm dostluq deməkdir”.

Dövlət Dumasının deputatı Ruslan Qostyev isə çıxışında Azərbaycan İcması Evinin açılışının təkcə Azərbaycan üçün deyil, bütünlükdə Rusiya üçün önəmli hadisə olduğunu söyləyib: “Rusiya ərazisində olan diasporlar milli azlıqların nümayəndələrinin Rusiya mədəniyyətinə uyğunlaşması istiqamətində böyük işlər görürlər. Azərbaycan diapsoru Rusiya cəmiyyətində özünəməxsus yer tutur. İnanıram ki, Azərbaycan İcması Evinin açılması Azərbaycan diasporunu daha da gücləndirəcək”.

Moskva Şəhər Dumasının sədri Aleksey Şapışnikov çıxışında Azərbaycan İcması Evinin açılış mərasimində Rusiyanın regionlarından gələn diaspor nümayəndələrinin toplanmasının mühüm hadisə adlandırb: “Artıq regionlarda və şəhərdə olan diasporlar da bir-biri ilə dostdurdlar. Bu, çöx önəmli hadisədir. Rusiya ilə Azərbaycan arasında əlaqələr günü-gündən inkişaf edir. Bütün sahələrdə hər iki ölkə sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq özünü diaspor siyasətində də göstərməlidir. Moskvada Azərbaycan İcması Evinin açılması hər iki ölkə arasında olan münasibətlərin təcəssümüdür”.

Moskva Şəhər Dumasının sədri Azərbaycan İcması Evidə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına uğurlar arzulayıb.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev Rusiyadakı Azərbaycan icmasının Azərbaycan Respublikası və Rusiya Federasiyasını birləşdirən sinir olduğunu bildirib: “Hər iki ölkə arasında olan münasibətlər yüksək səviyyədədir. Azərbaycan diasporu ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin bundan sonra da möhkəmlənməsi üçün əlindən gələni edəcək”.

Mərasimdə çıxış edən “Azərros” FMMM-in Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev Azərbaycan İcması Evinin açılmasını Rusiya Federasiyasındakı Azərbaycan diasporunun birləşməsi üçün möhtəşəm fundament olduğunu qeyd edib.

Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan İcması Evinin önündə Rusiya, Azərbaycan, Moskva meriyası və Ümumrusiya Azərbyacn Konqresinin bayraqları qaldırılıb və hər iki ölkənin himnləri səsləndirilib(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."