!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü keçirilir

!Reklam – Yazi

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb.

Yenicag.az xəbər verir ki, Müqəddəs Danil monastırında keçirilən görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin iştirak edirlər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan dini liderlərinin görüşü Patriarx Kirillin təşkilatçılığı ilə keçirilir.

Üçtərəfli görüşdən əvvəl isə Allahşükür Paşazadə ilə Kirill arasında ikitərəfli görüş keçirilib.

Mətbuatın iştirakı olmadan keçirilən görüşdə QMİ və Moskva Patriarxlığı arasındakı münasibətlər müzakirə olunub.

www.yenicag.az

1492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv