yenicag.az
yenicag.az

Moskvada azərbaycanlı ata və oğul yandırılıb

Moskvada azərbaycanlı ata və oğul yandırılıb

Müəllif: Redaktor

Editor

yangin-adamMoskvada azərbaycanlı ata və oğul içki məclisində dostları tərəfindən yandırılıb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 15-də baş verib.

Azərbaycanlı 27 yaşlı oğul və 48 yaşlı ata , həmçinin 27 yaşlı yerli sakin dostları ilə içki məclisində olarkən aralarında mübahisə düşüb və həmin şəxs onların üstünə tez alışan maye tökərək hər üçünü yandırıb. Zərərçəkmişlər 50-60 faiz yanğın xəsarəti ilə xəstəxanaya çatdırılıblar. 48 yaşlı azərbaycanlı dekabrın 19-da ölüb.

Faktla bağlı cinayət işi açılıb. Cinayətkarın tutulması istiqamətində iş aparılır.

Yeniçağ.Az

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti