www.sinerjipro.net

SinerjiProWide
Reklam

30a0f9c70a739997c738e59e9b54d4f5Rusiya paytaxtında azərbaycanlı “qanuni oğru” saxlanılıb.

Bu barədə “Praym Kraym” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 7-də Rusiya Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən Çertanovsk rayonunda yerləşən “Alayskiy bazar”dakı “Çayxana” restoranında 29 yaşlı “qanuni oğru”, kriminal aləmdə Zaur Naxçıvanski kimini tanınan Zaur Şipilov saxlanılıb. Saxlanılan zaman onun üzərindən yüksək dozada narkotik vasitə olan heroin götürülüb.

Saytın yazdığına görə, Zaur Şipilov 2006-cı ildə Moskvada “qanuni oğru” Hikmət Muxtarovla birlikdə güllələnərək öldürülən məşhur azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğludur. Z. Şipilova 2013-cü ildə Türkiyədə Rövşən Lənkəranskinin (Canıyev) təşəbbüsü ilə “qanuni oğru” titulu verilib(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 59
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."