Yazı İçi 468×60

c9a8dfbd05fd8c86ff57acf6d6c58058Moskva çayından cəsədi tapılan şəxsin azərbaycanlı olduğu müəyyənləşib.

Məlum olub ki, ötən həftənin bazar günü cəsədi tapılan şəxs “Şeş-Beş” restoranlar şəbəkəsinin sahibi, tanınmış biznesmen Qeys Məmmədovun sürücüsüdür. Azərbaycanlı sürücünün başından güllələnərək qətlə yetirildiyi, daha sonra torbaya qoyularaq Moskva çayına atıldığı bildirilib.

Hüquq-mühafizə orqanları qətlin sifariş məqsədi ilə törədildiyi versiyasını üzərində dayanıb. İstintaqdakı mənbənin verdiyi məlumata görə, qətl iş adamını qorxutmaq məqsədi ilə törədilib. Qeys Məmmədova son zamanlar kriminal aləmdən adamların təzyiq etdiyi bildirilir. Mənbənin ehtimalına görə, azərbaycanlı iş adamı yaxınlarına sui-qəsdin planlaşdırıldığından əvvəlcədən xəbərdar olub. Baş verən hadisədən sonra restoranın baş ofisində axtarış aparılıb, Qeys Məmmədov dindirilib.

Hadisə ilə bağlı artıq ilk şübhəli şəxs saxlanılıb. Rusiya İstintaq Komitəsi həmin şəxslərin kimliyini açıqlamır.

Qeyd edək ki, Qeys Məmmədovun milliyyətcə azərbaycanlı olan sürücüsü Moskvanın qərbində öldürüləndən sonra ayağına ağır dəmir parçası bağlanaraq, Moskva çayına atılıb. Onun cəsədi atıldığı yerdən 7-8 kilometr uzaqda tapılıb. Cəsədi Moskva çayın yanından keçən piyada təsadüfən görüb.

Qətlə yetirilən şəxsin Rusiya vətəndaşı olduğu bildirilsə də, adı hələlik açıqlanmır.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."