!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin VI Forumu keçirilir-FOTO

!Reklam – Yazi

b266062002c6230c6894d680be2098e4Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VI Forumu keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Forum “AMOR: gənclərin layiqli gələcəyi naminə” adı altında keçirilir.

Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyeva, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov, Dövlət Dumasının deputatı Leonid Slutski və digər şəxslər iştirak edirlər.

Forum çərçivəsində AMOR-un hesabat-seçki konfransı keçiriləcək.

Forumda “Azərbaycan və yeni dövrün çağırışları”, “İDEA – bir bir torpaq, bir gələcək”, “Ədalət səfiri ol”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”,  “Gənclər karyera inkişafı: sahibkarlıq və uğura aparan yol” mövzularında bölmələr təşkil olunacaq.

Forum Azərbaycan və Rusiyanın estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı ilə başa çatacaq.

a7e964f4fa0c7ac0d4273ba18527cfa0 b266062002c6230c6894d680be2098e4 b266062002c6230c6894d680be2098e4 bf75d46defa88f866acc36fd7d010e7b

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv