Moskvada “sxodka”ya basqın – 59 nəfər saxlanıldı-Video

Moskvada “sxodka”ya basqın – 59 nəfər saxlanıldı-Video

Müəllif: Redaktor

Baş Redaktor

qanuniogru_vor zakon_kriminal_avtoritet0Moskvada “Bulat” xüsusi təyinatlı dəstəsi də daxil olmaqla bir neçə polis bölməsi kriminal “sxodka”ya basqın təşkil edib.

Keçirilən əməliyyat nəticəsində 59 nəfər saxlanılıb, çox sayda silah götürülüb.

Lyuberetsk, Voskresenski və Kolomenski rayonlarından olan kriminal qruplaşmaların liderləri ilə Qafqaz etnik kriminal strukturlarından birinin nümayəndlərinin görüşü restoranda baş tutub.

“Məkanda yoxlama zamanı 20-47 yaş arası 59 nəfər olub. Onlardan çoxu əvvəllər həbs olunublar. Şəxsi axtarış zamanı 15 tramatik silah, 5 karabin, tüfəng və 15 bıçaq götürülüb”, -deyə hüquq-mühafizə orqanlarının məlumatında qeyd olunur.

Məlumata əsasən, bütün götürülən silahlar tətqiqata göndərilib. Nəticələrə əsasən presessual qərar qəbul olunacaq. “Sxodka”nın iştirakçıları daha əvvəl törədilmiş cinayətlərdə və qanun pozuntularında iştirakı olub-olmadığını yoxlamaq üşün polis bölməsinə aparılıblar.(Aznews)

https://youtu.be/74eA-Ws7tZ4

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti