!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın Ankaraya qarşı embarqosu hansı ölkənin başında çatlayacaq? – Şərh

!Reklam – Yazi

 

dfhdhdfh“Moskvanın Su-24 təyyarəsinin vurulmasına görə Türkiyə ilə bütün sahələrdə mövcud olan əlaqələrinə xitam verməsi, bu əlaqələri dondurmasından hər iki dövlətin itkiləri olacaq, amma bundan ən çox ziyan çəkən elə Rusiyanın özü olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli söylədi: “Bu fonda hər iki Türkiyə ilə Rusiya arasında bu ilin 10 ayına olan ticarət dövriyyəsinə nəzər salsaq görərik ki, ticarət dövriyyəsinin ümumi həcmi 19 milyard dollara yaxındır.  Bunun da cəmi 4 milyard dollara yaxını Türkiyənin Rusiyaya ixracatının payına düşür. Yerdə qalan 80 faizə yaxını isə Rusiyanın  Türkiyəyə, əsasən də enerji daşıyıcılarının ixracının payına düşür.  Türkiyə dünyada Almaniyadan sonra Rusiyadan qaz alan ikinci ölkədir.  Ankara Moskvadan ildə təxminən 17-18 milyard kubmetrə qədər qaz alır.  Tehran üzərindən embarqonun götürülməsilə Türkiyə bu ölkədən daha çox qaz almaqla, Rusiyadan aldığını İran qazı ilə əvəzləyə bilər.  Bu baş verərsə, təbii ki, ən çox itirən də məhz Rusiya olacaq.  Türkiyə Rusiya ilə 15-20 milyard dollar dəyərində olan Atom Elektrik Stansiyası və onu işlətmək üçün laboratoriyaların tikintisilə bağlı olaraq böyük bir müqavilə də imzalayıb. İndi isə bu müqavilənin də taleyi sual altındadır.  Bu müqavilə də yerinə yetirilməsə, Rusiya böyük itkilərlə qarşılaşacaq.  Əlbəttə ki, Türkiyə də yaranmış bu gərginlikdən itirəcək. Türkiyənin turuzim sektoru və kənd təsərrüfatı məhsullarının satışı məsələsində Rusiya bazarı Ankara üçün çox önəm daşıyır. Bir çox, o cümlədən Antalya bölgəsi Rusiyadan gələn turustlər hesabına ciddi  inkişafa nail olub. Bu turizm axını və kənd təsərrüfatı məhsulları ixracatının dayanması təbii ki, Türkiyə iş adamları, fermerləri və dövlətə də ziyan vuracaq.  Yəni Moskvanın Ankaraya qarşı münasibətdə bu günə qədər mövcud olan əlaqələrdən imtina etməsindən hər iki dövlət itirir. Amma ticarət balansına nəzər saldıqda görürük ki, ən çox itirən Rusiya olacaq.  Moskva Türkiyə kimi önəmli enerji tərəfdaşını itirsə, gələcəkdə “Türk axını” layihəsi də sual altına düşəcək.  Bu layihənin olmaması ilə isə “Qazprom”, Ukrayna üzərindən imtina qərarını nəzərə alsaq, öz qazının  Avropaya çatdırılmasında çətinliklərlə üz-üzə qalar”.

ELÇİN

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv