www.sinerjipro.net

SinerjiProWide
Reklam

82771_res_01Sensasiya: “Mossad”a işləyən “Hizbullah” komandiri Bakıdakı terror planını açdı
“Hizbullah” təşkilatının Bakıda İsrail səfirliyinə qarşı terror hücumu planını deşifrə edən “Mossad” agentinin kimliyi üzə çıxıb.

Yenicag.az xəbər verir ki, İsrail mediası bu sensasion məlumatı Londonda nəşr edilən ərəb qəzeti “əl-Ərəbi əl-Cədid”ə istinadən yayıb.

Qəzet “Hizbullah”la sıx təmasda olan siyasi elementlərə” istinadən yazır ki, bu şiə təşkilatı 2008-ci ildə Dubayda öldürülən yüksək rütbəli “Hizbullah” komandiri İmad Muqniyənin qisasını almaq üçün yəhudi dövlətinin o vaxtkı baş naziri Ehud Olmerti öldürmək planı hazırlayıb.

“Washington Post“ qəzetinin bu yaxınlarda yazdığına görə, İmad Muqniyənin öldürülməsi Mərkəzi Kəşfiyyat İdarəsi ilə “Mossad”ın birgə əməliyyatının nəticəsi idi.

Ərəb qəzetinin yazdığına görə, “Hizbullah”ın bu planının qarşısını təşkilatın üzvü, əslində isə İsrail casusu olan Məhəmməd Şauraba alıb. M.Şauraba “Hizbullah”ın Ehud Olmertə sui-qəsd planı barədə “Mossad”ı məlumatlandırıb.

Məhəmməd Şauraba

İsrail mediası yazır ki, “əl-Ərəbi əl-Cədid” qəzetinin sahibi Qətər vətəndaşıdır. Qəzet Məhəmməd Şarubanın E.Olmertə qarşı sui-qəsd planını necə deşifrə etməsi barədə detalları yazmayıb, ancaq anons verib ki, fevralın 11-də gün ərzində əlavə təfərrüatları dərc edəcək.

Bununla belə qəzet yazır ki, 2009-cu ildə “Hizbullah” tərəfindən İsrailin Bakıdakı səfirliyinə qarşı terror hücumu planının qarşısını almağa da məhz M.Şauraba kömək edib.

Məhəmməd Şuraba Livanın cənubundakı Natbiyeh əyalətində “əl-Cəzirə” müxbiri kimi fəaliyyət göstərib. Ötən ilin noyabrında “Hizbullah” xəfiyyələri onu “Mossad” agenti kimi həbs ediblər. İsrail kəşfiyyatının məlumatına görə, M.Şauraba İmad Muqniyənin öldürülməsindən sonra onun yerinə – “Hizbullah”ın xarici ölkələrdəki əməliyyatları üzrə komandir vəzifəsinə təyin olunub.

“Əl-Cəzirə”nin məlumatına görə, “Hizbullah” əməliyyatçılarının bir neçə ölkədə, o cümlədən Peruda əldə etdiyi informasiyalar M.Şaurabanın “Mossad”a işlədiyini üzə çıxarıb.

Həsən Nəsrallah

Həmçinin məlum olub ki, M.Şauraba 2012-ci ildə Bolqarıstanın Burqas şəhərində İsrail turistlərinə qarşı terror hücumunu törədən “Hizbullah” agentlərindən birinin izlənilməsinə kömək edib. O, “Hizbullah” şefi Həsən Nəsrallahın şəxsi təhlükəsizliyinə də cavabdeh imiş.

H.Nəsrallah bir neçə həftə əvvəl bildirib ki, “Hizbullah” daxilində M.Şauraba da daxil olmaqla ABŞ və İsrail agentləri üzə çıxarılıb. O deyib ki, araşdırma zamanı Şaurabanın bütün məxfi məlumatları İsrailə ötürdüyü məlum olub.

H.Nəsrallah M.Şaurabanın “mühüm bölmənin” rəhbəri olduğunu etiraf edib, ancaq onun təşkilat rəhbərinin şəxsi təhlükəsizliyinə və “Hizbullah”ın raket sistemlərinə cavabdeh olduğu haqda KİV-lərin məlumatını “şişirtmə” adlandırıb. H.Nəsrallah deyib ki, casusun “Hizbullah”ın hərbi infrastrukturu ilə heç bir əlaqəsi olmayıb.

Qeyd edək ki, Bakıda İsrail səfirliyinə və digər yəhudi məskənlərinə qarşı terror hücumu hazırlayan qrup Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2008-ci ilin sonlarında həbs edilib.

Həmin qrupa Livan vətəndaşları Əli Məhəmməd Kərəki, Əli Hüseyn Nəciməddin, Azərbaycan vətəndaşları Cavad Məmmədrəsul oğlu Məmmədov, Vidadi Rahil oğlu Rəsulov, Müşfiq Əyyub oğlu Amanov, Əfqan Yunus oğlu Balaşov daxil olublar.

Həmin Livan vətəndaşlarının üzərində həm də İran pasportları olub. O vaxt Qərb mediası yazmışdı ki, “Hizbullah”ın Bakıdakı terror planlarının üstünün açılması ABŞ və İsrail kəşfiyyatı ilə əməkdaşlıq sayəsində mümkün olub.

Virtualaz.org

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 60
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."