Mossadın saytından sensasiyalı iddialar: "Tramp Güləni Ərdoğana, Putin isə..."

Müəllif: Baş Redaktor

Baş Redaktor

İsrailin kəşfiyyat orqanı Mossada yaxınlığı ilə tanınan Debka saytı qeyd edib ki, Suriya və İraqda İŞİD-in kökünü kəsmək üçün hərbi əməliyyatlar həyata keçirmək üçün ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında üçtərəfli pakt bağlanacaq. 

Yeniçağ.az bildirir ki, bu beynəlxalq sənəd çərçivəsində Putin amerikalı həmkarına Snoudeni, Tramp isə Ərdoğana terror təşkilatının rəhbəri Fətullah Güləni təhvil veriləcək.

Həmçinin, ABŞ-ın “NBC News” telekanalındakı xəbərin ardınca gizli sənədləri mediaya sızdırmış olan və Moskvaya sığınan Snoudenin ABŞ-a təhvil veriləcəyi ilə bağlı xəbərdən sonra “Debka”nın analitik materialında bu addımın “böyük planın bir parçası” olduğu qeyd edilib.

İŞİD-i birdəfəlik məhv etməklə bağlı üçtərəfli paktın imzalanmasına dair xəbərlərin yayılması da “xalqın reaksiyasını öyrənmək üçün mediaya sızıdırılması görüntüsünü” yaratmaq iddiası irəli sürülüb.

Ötən həftə Trampla telefonla danışan Ərdoğanın “anlaşma əldə etmək üçün Fətullah Gülənin təhvil verilməsinin əsas şərt olduğunu” iddia edən “Debka”, ABŞ prezidentinin Gülənlə bağlı sənədlərin araşdırılacağına dair “söz verdiyini” qeyd edib. Bunun ardınca, Türkiyəyə səfər edən CİA rəhbəri Pompeoya Gülənlə ilgili “sənədlər”in verildiyi diqqətə çatdırılır.

Analitik materialda “casus” və “xəyanətkar” olaraq göstərilən Snoudenin təhvil verilməsi istiqamətində rəsmi Vaşiqtonun atdığı addımların “Yaxın Şərqə dair ortaq pakt”ın imzalanması üçün bir zəmin yaradacağı fikri öz əksini tapıb.

Trampın “İŞİD-i yox etmək”lə bağlı fikrinin “çox ciddi” olduğunu irəli sürən “Debka” qeyd edib ki, bu məqsədlə ABŞ prezidenti Yaxın Şərqdə bir neçə ölkənin ordularından koalisiya yaratmaq istəyir. Rəsmi Vaşinqton müttəfiq olmaq istədiyi ölkələrin “İŞİD-ə qarşı mübarizə ilə yanaşı, həm də Suriya, İraq və Yəməndə İranın hərbi üstünlüyünə son qoymaq üçün birləşmək”lə bağlı istəyinin olduğunu da bildirib.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır