Mosul uğrunda İŞİD-lə qanlı döyüşlər – CANLI YAYIM

Müəllif: Redaktor

Editor

Xəbər verdiyimiz kimi İraqda Mosul şəhərinin İŞİD terrorçularının nəzarətindən azad edilməsi uğrunda hərbi əməliyyatlara başlanılıb.

AzVision.az bunu İraqın Baş naziri Heydər əl-İbadi dövlət televiziyası vasitəsilə etdiyi açıqlamada bildirib.

Hərbi əməliyyatlarda yalnız ordu və polis birliklərinin iştirak etdiyini deyən Baş nazir xalqı hərbçilərlə həmrəylik göstərməyə çağırıb.

İŞİD yaraqlıları ilə hökumət qüvvələri arasında baş verən döyüşləri canlı olaraq oxuyuculara təqdim edirik:

Mosulda İŞİD terror təşkilatına qarşı başladılan əməliyyatda 7 kənd qruplaşmadan azad edilərək kürd silahlı qüvvələrinin əlinə keçib.

Ölkənin ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda İŞİD terrorçularının nəzarətinə keçib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır