!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Motosiklet istifadə etmək qadağan olundu

!Reklam – Yazi

404414_471752Yəməndə təhlükəsizlik qüvvələrinə qarşı hücumların qarşısını almaq üçün motosiklet istifadəsinə bir aylıq qadağa qoyulub.

Hadraməvt şəhər qubernatoru Əhməd ibn Bərik verdiyi açıqlamasında bildirib ki, şəhər daxilində motosiklet istifadəsini qadağan etmişik və bu qadağa bir ay ərzində qüvvədə olacaq.

O, həmçinin qeyd edib ki, qaydanı pozanlar sərt şəkildə cəzalanacaq, təhlükəsizlik qüvvələrinə qaydalara əməl etməyənlərə atəş açmaq hüququ verilib.

Qeyd edək ki, son 6 ildir Əl-Qaidə terrorçuları Yəməndə ardıcıl terror aktları və sui-qəsdlər təşkil edirlər. Bunların çoxusuda motosiklet vasitəsi ilə həyata keçirilib.(Faktxəbər)

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv