!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MTRŞ sədrinin narazılığı: "Bəzi aparıcılar..."

!Reklam – Yazi

Bu gün Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” adlı tədbir keçirir.

Yenicag.az xəbər verir ki, tədbirdə çıxış edən MRTŞ-nın sədri Nuşirəvan Məhərrəmov narazı qaldığı məqamları dilə gətirib:

“Böyük dövlətlər “yumşaq güc” amilindən çox yaxşı istifadə edir. Azərbaycandan gedərək, xaricdə təhsil alan gənclərimiz öz ana dillərini unudaraq, tamamilə başqa dildə danışırlar.

Bundan əlavə, aparılan monitorinqlərə görə, ən çox pozulan qaydalar məhz fonetik normalardır. Bu sahədə ən böyük məsulliyyət diktorların üzərinə düşür. Sözdə vurğunun yanlış hecada tələffüz edilməsi də bir sıra problemlər yaradır. Bəzi aparıcılar sürətli danışığı dəb kimi görürlər, lakin bu, nitqin yanlış ifadəsinə səbəb olur. Dublyaj məsələsində də problemlərimiz olduqca çoxdur. Bunlar hər zaman bizim diqqət mərkəzimizdə olmalıdır. İstənilən sahədə çalışan jurnalistlər Azərbaycan dilini səlis bilməlidir. Mən üzümü media nümayəndələrinə, vətəndaş cəmiyyətinin üzvlərinə tuturam: biz birlikdə bu problemləri aradan qaldıra bilərik”.

www.yenicag.az

2050
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv