yenicag.az
yenicag.az

MSK 4 dairə üzrə liderləri açıqladı

MSK 4 dairə üzrə liderləri açıqladı

Müəllif: Redaktor

Editor

1381817360_mezahir-penahovMərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən V çağırış seçkilərdə qalan 4 seçki dairəsi üzrə lider namizədi açıqlayıb.

AzVision.az-ın məlumatına əsasən Məzahir Pənahov deyib ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində 70,3 faiz səslə Tahir Süleymanov (YAP), 118 saylı Ağdam şəhər Seçki Dairəsində 66,4 faiz səslə Bəxtiyar Əliyev (YAP) , 121 saylı Laçın Seçki Dairəsində isə 62,5 faiz səslə Mahir Abbaszadə (YAP) lider namizəddir.

35 saylı Xətai Üçüncü Seçki Dairəsində 47,3 faiz səslə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə liderdir. Ümid Partiyasının sədri İqbal Ağazadə isə ikinci yerdə qərarlaşıb.

O, qeyd edib ki, ötən gün 91 faizdən çox yığılmış məlumatlar əsasında ilkin nəticələr açıqlandı. Artıq 100 faiz məntəqələrdən məlumatlar daxil olub.

Yenicag.az

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti