Yazı İçi 468×60

AzNews.az_mtn_eldar_hebs2Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı yeni dəhşətli faktlar məlum olub.

Yenicag.az xəbər verir ki, AzNews.az istintaqdan və MTN əməkdaşlarından mətbuata hələlik açıqlanmayan cinayət əməlləri barədə bəzi detalları öyrənə bilib. Məlum olub ki, Milli Təhlükəsizlik Nazirliyi hədəfə götürdüyü qurumu və ya şəxsi ictimai nüfuzundan asılı olaraq müxtəlif üsullarla ləkələməyə çalışıb, sonra da öz niyyətlərini həyata keçirilərmiş. Bu yolda onlar mətbuat rıçaqlarından əhəmiyyətli dərəcədə yararlanmağı bacarıblar. Araşdırma zamanı məlum olub ki, MTN-nin nəzarətində bir sıra mətbuat orqanları var və onlar açıq rekertçiliklə məşğuldur. Həmin mətbuat orqanları vasitəsiylə hədəfə götürdükləri “obyekt” əvvəlcə “vurulur”, onların “cinayət əməlləri”, “korrupsiyaya yol vermələri” tirajlanır, sonra isə guya, bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olurmuşlar. Ən maraqlı məqam odur ki, soyğunçu MTN-çilərin hədəfi təkcə iş adamları, müəssisə rəhbərləri olmayıb. Onlar hətta iri ranqlı məmurlara, onların nəzarətindəki şirkətlərə də “əl uzadıblar”. Məsələn, məlum olub ki, bir neçə ay əvvəl DİN-in tabeliyində olan bir qurumun rəhbəri zorla MTN-nin zirzəmisinə salınıb və ondan 1 milyona yaxın pul alınıb. O da məlum olub ki, bu əməliyyatdan öncə reket saytlardan birində onun korrupsiya əməlləri, aldığı rüşvətlərlə bağlı geniş yazı dərc olunubmuş. Məlumatlı şəxs bildirir ki, ağır cinayətlər törədən MTN-çılər təkcə özlərinin hazırladıqları materialların nəzarətklərindəki mətbu orqanlara ötürüb, sonra əməliyyat qurmaqla kifayətlənmirmişlər. Həmçinin xüsusi bir qrup bütün mətbu orqanları izləyib, “vurula” biləcək “obyektlərin” siyahısını hazırlayırmışlar. Hansı qurum və şirkətlə bağlı şikayət və ya tənqidi material çap olunurmuşsa, dərhal onlarla bağlı araşdırılma aparılıb, “basqının” perspektivləri müəyyənləşdirilirmiş. Çox güman ki, bu işlərdə MTN-lə əlbir olan bəzi mətbu orqanların rəhbərləri də istintaqa cəlb ediləcək. Onların adları və məhz mətbuatda gedən yazılara əsaslanaraq zərər yetirilən şəxslərin bəzilərinin kimliyi bizə bəlli olsa da, istintaq getdiyindən tirajlamağı məqsədə uyğun saymırıq. Qeyd edək ki, Eldar Mahmudov nazir postundan uzaqlaşdırıldıqdan sonra onun rəhbərlik etdiyi qurumun ağır cinayətlər törətdiyi məlum olub. Faktarla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir. İstintaqın gedişində MTN-nin bir neçə yüksək rütbəli əməkdaşının saxlanılıb. Onlardan bir neçəsi barədə Səbayıl rayon Məhkəməsi tərəfindən artıq həbs qətimkan tədbiri seçilib. Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb. Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərdən üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir. Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan “haqq tələb edilməsi”, onların yersiz incidilməsi, MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."