!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MTN-dəki bandanın Afrikadakı “səfəri” və brilyant biznesi – Şok iddialar

!Reklam – Yazi

1MA-300x225MTN rəhbərliyi brilyant trafikini xaricdən yönləndirmək üçün bizimlә ticarət dövriyyəsi cəmi 2 milyon dollar olan CAR-da səfirlik açılmasına nail olub

Akif Çovdarov isə səfir postuna həmyerlisi Elxan Poluxovun təyin edilməsinə çalışıb…

Eldar Mahmudovun nazir vəzifəsindən çıxarılmasından iki aya yaxın müddət keçsə də, sabiq nazirin dövründə Milli Təhlükəsizlik Nazirliyində baş vermiş olaylar hələ də medianın əsas mövzusu olaraq qalmaqdadır. E. Mahmudovun istefaya göndərilməsi ilə MTN-də başlamış həbslər, bu strukturda ciddi kadr dəyişiklikləri davam edir. Nazir əvəzi təyin edilən Mədət Quliyevin verdiyi son məlumata görə, nazirlikdə 250-dək yararsız, “mahmudovçu” kadr işdən uzaqlaşdırılıb. Nazirliyin rəhbər kadrlarının yarıdan çoxu, o cümlədən şöbə rəisləri, bir neçə rayon MTN-in rəisləri artıq işdən uzaqlaşdırılıb.
Məlumata görə, işdən uzaqlaşdırılanlar arasında Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışan MTN əməkdaşları da var. Məlumata görə, E.Mahmudovun dipkorpuslara yerləşdirdiyi adamların bəziləri xaricdə üzərinə düşən vəzifəni deyil, sabiq nazirin və indi həbsdə olan generalların biznesinə nəzarəti həyata keçirdiblər.

eldar-mtn“Mahmudovçular”ın brilyant biznesini monopoliyaya aldığı barədə ötən saylarımızda xəbər vermişdik. Bildirilirdi ki, MTN brilyant trafikini 2007-ci ildə – AZAL-ın təhlükəsizlik xidmətində qalmaqallı həbslərdən sonra nəzarətə keçirib. MTN-in keçirdiyi həmin əməliyyat zamanı AZAL-ın Təhlükəsizlik Xidmətinin rəisi Emil Süleymanov, eləcə də MTN-in Binə Hava Limanındakı şöbəsinin rəisi Rafət Əliyev də daxil olmaqla, daha bir neçə nəfər “Rusiyanın xeyrinə casusluq ittihamı” ilə həbs edilmişdilər. İddia olunur ki, əslində bu həbslərdə məqsəd hava limanında brilyant idxalına nəzarəti ələ götürmək olub.
“Yeni Müsavat”ın özəl mənbələrdən əldə etdiyi sensasion məlumata görə, MTN rəhbərliyi brilyant trafikini xaricdən yönləndirmək üçün Xarici İşlər Nazirliyindən “səfir postu” belə almağa nail olub. Söhbət 2011-ci ildə Cənubi Afrika Respublikasında yaradılmış səfirlikdən gedir. Qaynağımız iddia edir ki, Azərbaycanla cəmi 2 milyon dollar ticari əlaqələri olan uzaq CAR-da səfirlik yaradılması E.Mahmudovun dəstəyi ilə baş tutub, hətta səfirlik binasının icarəsi və digər işlər üçün lazımi maddi dəstək də göstərilib.

akif-covdarov-300x188Bu işdə isə əsas fiqurant MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarov olub. Mənbə deyib ki, A.Çovdarov yeni yaradılmış səfir postuna həmyerlisi, XİN-in mətbuat katibi Elxan Poluxovun təyin edilməsinə çalışıb. Xəbərdə o da deyilir ki, 1992-ci ildə Sankt-Peterburqda tarix fakültəsini bitirən, Bakıda Qərb Universitetində dərs deyən E.Poluxovun XİN-də irəli çəkilməsində A.Çovdarovun ciddi rolu olub.
2011-si ilin avqustunda E.Poluxovun CAR-da ( həm də Anqola, Zimbabve və Mozambik ölkələrində ) səfir təyin olunması təəccüblə qarşılanmışdı. Çünki ondan əvvəl mətbuat katiblərindən biri Çexiyaya səfir, digər isə NATO-da daimi nümayəndəyə rəhbər təyin olunmuşdu. E.Poluxovun isə hələ binası olmayan, həm də uzaq Afrikaya səfir göndərilməsi bəzi suallar yaratmışdı. E.Poluxov isə mətbuata müsahibələrində məmnun görünürdü. İddiaya görə, MTN-in indi ifşa olunan generalları ucuz brilyantları məhz CAR-dan və qonşu Afrika ölkələrindən gəlirmiş.

128347_0Mümkündür ki, “mahmudovçu” dəstə ixtiyarlarında olan onlarla şirkətləri vasitəsilə brilyantı Afrikadan alırmışlar və səfirlik bu işdə yalnız vasitəçi rolunu oynayıb. Amma məlumata görə, E.Mahmudovun istefaya göndərilməsindən sonra Elxan Poluxovun da səfir vəzifəsindən geri çağırılması gözlənilir. Cənubi Afrika Respublikası ən çox brilyanta sahib olan ölkələr siyahısında 5-ci yerdə dayanır. Bu ölkədə brilyant həddindən çoxdur. Ölkə iqtisadiyyatının böyük hissəsi brilyant istehsalından gələn gəlirlərə istinad edir.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyanın da illərdir qanlı vətəndaş müharibəsi içərisində olan Sierra-Leonada (Afrika qitəsində yerləşir) almaz biznesi var. Araşdırmalar göstərir ki, Ermənistan prezidenti və baş naziri, Xarici İşlər Nazirliyi, ali kilsə rəhbərliyi və hətta kriminal-oliqarx iş adamından ibarət mütəşəkkil şəbəkə bu Afrika ölkəsindən qaynaqlanan mürəkkəb və çirkli almaz biznesi ilə məşğuldur. Ermənistanın almaz mafiyasının marketinq və Afrikada yeni bazarlar tapmaq tapşırığını isə xarici işlər naziri Edvard Nalbəndyan yerinə yetirir.
İddialarla bağlı CAR-ın paytaxtı Pretoriyada yerləşən səfirliklə ((+2712) 347 79 69) əlaqə saxlamağa çalışsaq da, cəhdimiz alınmadı. Mövzuya dair XİN-in də mövqeyini almağa çalışacağıq.

Yenicag.az

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv