www.sinerjipro.net

SinerjiProWide
Reklam

5768001-dxvfxMTN_42“MTN-də baş verən olaylara görə elə birinci gündən məsul şəxslər tərəfindən  cəmiyyətdən ən azından üzr istənilməli idi.  Amma görürük ki, bunlar baş vermir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmdəli dedi: “Ölkəmiz vaxtilə ciddi olaylar yaşayıb. Müxtəlif, çox ciddi terror hadisələri baş verib. O cümlədən Daxili İşlər Nazirliyində  kriminal dəstəyə rəhbərlik edən Hacı Məmmədov olayı kimi hallar baş verib.  Ölkəmizdə  normal sivil cəmiyyət olsaydı belə olaylar zamanı ən azından DİN naziri istefa verərdi.  Siyasi sistem normal qurulsa bu kimi ciddi hadisələrdə ən azı həmin hadisəyə məsul olan  hökumət və ya  məsul adam istefa bəyanatı verməli və baş vermiş olaya görə üzr istəməli idi. zəlimxan məmmədli zelimxan Ölkəmizdə isə ən mötəbər nazirliklər daxilində bu qədər olaylar baş verir, amma buna görə məsuliyyəti, heç mənəvi məsuliyyəti də  öz üzərinə götürən yoxdur.  Bu da təbii ki, ölkəmizin siyasi quruluşu, idarəetmə sisteminin fəlsəfəsinin düzgün qurulmaması  ilə bağlıdır.  MTN-nin qanunsuz əməliyyatları nəticəsində bəlkə yüzlərlə insan  həbs edilib, cinayətkar edən olunub, əmlakı müsadirə olunub. Bəzilərinin girişinə, digərlərinin də gedişinə yasaq qoyulub.  Bunların heç biri araşdırılmır.  Həmin qurumun  özbaşınalığı nəticəsində vətəndaşlar mənəvi cəhətdən trilyon  manatla ölçülən ziyanlar çəkib.  Bunu kimsə öz üzərinə götürməli, kimlər prosesə məsuldursa  cəmiyyətdən üzr istəməli, bu istiqamətdə bəyanat verilməlidir.  Səlahiyyət sahibi olsaydım şəxsən bunları edərdim.  Artıq 25 ildir ki, müstəqil dövlətik.  Məhəmməd Əmin Rəsulzadənin  qurduğu dövlətin hüquqi-siyasi varisləriyik. Amma o varislikdən əsəs-əlamət görmürük.  Biz  Azərbaycan Demokratik Cümhuriyyətinin qaydalarını, demokratik dəyərlərini daşısaydıq,  ölkəmizdə istefa mədəniyyəti də, hansısa bir olaya görə rəhbər vəzifəli şəxslərin üzr istəmələri də  adi olardı.  Amma ölkəmizdə monopoliyanın  mövcudluğu və onun  hakimiyyətin ayrı-ayrı qollarında təmərgüzləşməsi sivil münasibətlər sistemini arxa plana atır.  Ona görə də baş vermiş bu kimi xoşagəlməz olaylara görə ən azından kimsə belə  mənəvi məsuliyyət daşımır.  İnsanlara dəyən ziyanın kim  tərəfindən ödəniləcəyi sualı da bizdə təəssüf ki, sual olaraq qalır”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."