MTN-ə təyinatdan sonra Mədət Quliyevdən ilk açıqlama

Müəllif: Baş Redaktor

Baş Redaktor
218454_414426“Xalq həmişə MTN-ə inanıb”. APA-nın məlumatına görə, bunu milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev deyib.
M. Quliyevin sözlərinə görə, olar bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir: “Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır, hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez əməlinə hüquqi qiymət veriləcək, o, cinayətinə görə cavab verəcək. Xalqımız hər zaman MTN-ə inanıb, bu gün də inanır”.
M. Quliyev qeyd edib ki, KİV-də yayılan müxtəlif məlumatlar ümumilikdə MTN-in bütün kollektivinə aid edilə bilməz: “MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Əməkdaşlarımız vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar”.
Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev bir neçə gün əvvəl ölkədə baş vermiş internet problemi ilə bağlı da fikirlərini açıqlayıb. O, bildirib ki, internet kəsintisi “Delta Telekom”da qısaqapanmadan yaranan yanğın nəticəsində baş verib.
“Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir. Hadisənin hər hansı aksiya və terror aktı olması ilə bağlı hələlik məlumat yoxdur”, – deyə o bildirib.

Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir