www.sinerjipro.net

SinerjiProWide
Reklam

238810Milli Təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlara xanımı, Bakıdakı poliklinikalardan birinin baş həkimi işləyən Nüşabə Əsədova aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, N.Əsədova criminal.az-a açıqlamasında bildirib ki, Hilal Əsədov hazırda işdədir, MTN-də, öz kabinetində, iş başındadır: “Onun işdən çıxarılması ilə bağlı məlumatları bizi sevməyən düşmənlər yalandan yayırlar. Ancaq onların arzuları ürəklərində qalır. Hilal Əsədov bu dəqiqə işdədir, MTN-də kabinetində oturub. Onun işdən çıxarılmağı yalandır. Prezidentin sərəncamı nə vaxt olub ki? Bunu, yəqin, kimsə məqsədli şəkildə yayır. Hilal müəllimin vəzifəsi elədir ki, onu çıxarmaq üçün ancaq prezidentin sərəncamı olmalıdır. Bunun üçün ancaq prezident qərar verə bilər. Kimsə ağzına gələni yazdırır, axu bu düz deyil”.

Baş həkim deyir ki, bir neçə gün əvvəl yaşadıqları evin şəklini də çəkiblər, deyirlər, guya evdə axtarış olub. Kiminsə kimsəni cəzalandırması düz deyil axı…

N.Əsədova həyat yoldaşının Bakıda otelləri və obyektləri olması məsələsinə də aydınlıq gətirib: “Otelimiz, obyektimiz var ki, əlimizdən də alınsın? Həyat yoldaşımın bir obyekti belə yoxdur. O, təmiz işləyən adam olub. Hilal müəllim dövləti, milləti üçün təmiz işləyən bir şəxsiyyətdir. Haradadır o obyektlər? Göstərsinlər, mən də yerini tanıyım. Murdar adamlar yayırlar belə məlumatları. Siz gəlib evimə, bağıma baxsanız, görərsiniz ki, heç nəyimiz yoxdur. Bir obyekt belə yoxdur, hələ onun sayını çoxaldırlar. Belə bir misal var: yaddan çıxıb gözdən düşmə, amandır. Yəqin, bizi yaddan çıxmağa qoymurlar. Ona görə də Hilal müəllim haqda məlumatlar yayır, canfəşanlıq edirlər”.

Sonda nazir müavininin xanımı vəzifənin ömürlük olmadığını vurğuladı: “Çıxaranda da çıxararlar. Vəzifə hamı üçün ömürlük deyil ki… Cənab prezident sərəncam verib çıxardar, canı sağ olsun. Vəzifə ancaq bizim üçün deyil ki. Çıxaranda da gedib xidməti təqaüdünü alar. Yoldaşım 11 il MTN-də can qoyub. Antiterror idarəsində zülm çəkib bu insan. Niyə ağızlarına gələni yazırlar?”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."