www.sinerjipro.net

SinerjiProWide
Reklam

108236_res_01Ölkə ərazisində sabitliyi pozmağa cəhd edən silahlı dəstə zərərsizləşdirilib. Milli Təhlükəsizlik Nazirliyi “İŞİD” terror təşkilatının fəaliyyətində iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün əməliyyat keçirib. Onlar müxtəlif dövrlərdə silahlı qrup yaradaraq terror hadisələrinin iştirakçısı olublar. Antiterror əməliyyatı nəticəsində “İŞİD”ə qoşulan şəxslər saxlanılıb.

Yenicag.az ans-ə istinadən  xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin antiteror əməliyyatları nəticəsində “İŞİD” terror quruplaşmasının fəaliyyətində iştirak edən Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov şübhəli şəxs qismində həsb ediliblər.

Müəyyən olunub ki, qrup üzvləri 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqda ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terror təşkilatının fəaliyyətində iştirak ediblər.

Təqsirləndirilən şəxs Şirxan Xasaylının sözlərinə görə, o, “İŞİD”in tabeliyində olan Azərbaycan caamatı dəstəsində Suriya ordusu və müxalif qüvvələrə qarşı döyüşüb.

Təqsirləndirilən şəxs Azər Eyyubov isə Türkiyəyə getdiyini, ordan da Suriyaya keçdiyini deyib:

“Suriyada olduğum müddətdə gördüm ki, haqsızlıqlar edirlər, bizi aldadıb bizdən istifadə edirlər”.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işləri başlanılıb.

Beş nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib. Onlardan Mikayılov Rövşən Baba oğlu barəsində istintaq tamamlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Rövşən Mikayılov 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."