!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“MTN işi” bu iki oliqarx məmuru bitirir

!Reklam – Yazi

скачанные файлыSəhiyyə nazirinin müavini, ölkədə daha çox oliqarx məmurlar sırasında yer alan Elsevər Ağayevin də karyerası sona yaxınlaşır. Arqument.az xəbər verir ki, ölkədə dərman biznesinin önəmli hissəsini əlində cəmləşdirmiş Ağayevin bitirilməsinin səbəbi onun heç də hakimiyyət üçün uyğun olmayan bir adamla biznes ortağı olmasıdır.

Məlumatlarda iddia edilir ki, Səhiyyə Nazirliyinin İnnovasiya Mərkəzinin rəhbəri Pərvanə Mahmudova ilə nazir müavininin ortaq biznesinin varlığı artıq hakimiyyət dairələrinə məlum olub. Sabiq nazir Eldar Mahmudovun əmisi qızı olan Pərvanə Mahmudovanın fəaliyyəti isə hazırda yoxlanılır. Onun işində ciddi nöqsanlar aşkarlandığı da verilən məlumatlar sırasında var. Üstəlik, işin içində kifayət qədər ciddi korrupsiya faktlarının da olduğu deyilir.

Proseslərin gedişatını şərh edən mənbə Arqument.az-a bildirib ki, Pərvanə Mahmudova ilə indiyə qədər biznes ortağı olması bir kənara, bu məsələni əvvəldən gizlətməsi belə Elsevər Ağayevin işdən çıxarılmasını şərtləndirə bilər. Onun sözlərinə görə, hazırda nazir müavini maksimum dərəcədə bu qalmaqallardan kənarda qalmağa çalışır və adının mətbuatda hallanmasını istəmir.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Kərəm Həsənovun başı dərddə

“MTN işi”nin “yanğını” Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Şahin Həsənova da çatıb.

Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Eldar Mahmudov və Kərəm Həsənov arasındakı isti münasibətlər sonucunda MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirilən Şahin Həsənovla bağlı bir sıra qaranlıq məqam var ki, bunlardan biri adıçəkilən şəxsin təyinatı ilə bağlıdır. Mənbənin sözlərinə görə, Eldar Mahmudov Şahin Həsənovun beynəlxalq əlaqələr şöbəsinə təyinatı məsələsində nəzərə alınması gərəkən başlıca prinsiplərin heç birinə əhəmiyyət verməyib və nəticədə beynəlxalq əlaqələr şöbəsi üçün tamamilə yararsız bir şəxs bu şöbənin rəhbərliyi postuna gətirilib. MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyində təmsil olunan şəxsin ən azı iki xarici dil bilməsinin şərt olduğunu bildirən mənbə, Şahin Həsənovun heç bir əcnəbi dil bilmədiyinə diqqət çəkib. Mənbənin bildirdiyinə görə, Şahin Həsənov beynəlxalq münasibətər sistemində baş verən proseslər, beynəlxalq hüquq və əməkdaşlıq kimi məsələlərlə bağlı da minimal bilgi, analiz və manevr səriştəsinə malik deyil. Bütün bunlar azmış kimi Şahin Həsənovun sabiq nazirin yol verdiyi bəzi qanunsuzluqlarda “pay sahibi” olduğu ilə bağlı ciddi şübhələr var ki, bu da onun sadəcə işdən azad edilməsi ilə deyil, həm də istintaqa cəlb edilməsi ilə nəticələnə bilər. Mənbənin verdiyi məlumatdan və MTN-lə bağlı baş verən olayların ümumi mənzərəsindən belə qənaətə gəlmək olar ki, Şahin Həsənov bəzi həmkarları kimi istintaqa gedən yolun astanasındadır. Bu yolun Şahin Həsənovu hansı sonluğa aparıb çıxaracağını isə zaman göstərəcək.

Yenicag.az

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv