!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“MTN işi” ilə bağlı Elçin Quliyevə qəti tapşırıq

!Reklam – Yazi

ilham-aliyev-elcin-quliyev-300x205Eldar Mahmudovun yaratdığı şəbəkənin üzvlərinin ölkədən çıxışı qadağan edilib

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun özü və yaxınları, həmçinin onun Milli Təhlükəsizlik Nazirliyində yaratdığı şəbəkənin üzvləri, onların qohumları Azərbaycanı tərk edə bilməz.

“Azadlıq”a daxil olan məlumata görə, onlara qeyri-rəsmi olaraq ölkəni tərk etmək qadağan olunub. Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə də qəti tapşırıq verib. Elçin Quliyevə bildirilib ki, “MTN işi” çərçivəsində nəzarətə götürülən şəxslərdən, yaxud onların qohumlarından kimsə Azərbaycanı tərk edərsə, bu onun karyerasının sonu ola bilər. Elçin Quliyev də öz növbəsində tabeliyində olanlara ayıq-sayıq olmağı, güdləndirilmiş rejimdə çalışmağı tapşırıb.

Məlumatlarda o da bildirilir ki, Eldar Mahmudovun vaxtında ayrı-ayrı dövlət qurumlarında yüksək postlara təyin edilən MTN əməkdaşları ilə də bağlı araşdırmalar başlayıb. Bu isə “MTN işi” ilə bağlı həbs dalğasının digər qurumlara da keçəcəyi barədə ehtimalları artırır.

Yenicag.az

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv