!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“MTN işi”ndə həbs olunanların – Tam siyahısı

!Reklam – Yazi

MTNesas2346Ötən il oktyabrın 17-də gecəyarısı həyata keçirilən xüsusi əməliyyat Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qurum olaraq ləğvi ilə sonuclandı. Qurumda başlanan qəfil yoxlamalar nəticəsində Eldar Mahmudov nazir kreslosunu itirdi, mərkəz, idarə və şöbələrinin əksər əməkdaşları istintaqa cəlb olunublar.

Əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atmış oldu. Həmin vaxt artıq MTN-in 5-dən çox generalı da daxil olmaqla, xeyli əməkdaşı həbsə alınmışdı.

Hazırda MTN-də baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. Maraqlıdır ki, rəsmi məlumatlarda iş üzrə istintaqa cəlb olunmuş şəxslərin kimliyi haqda məlumat verilmir.

Odur ki, mətbuatda “MTN işi” adı ilə keçən işdə tutulanların kimliyi haqda ən müxtəlif mənbələrdən alınmış məlumatlar yayılır. Həmin məlumatların rəsmi mənbələrdən yoxlanılması isə ən müxtəlif səbəblərdən mümkün olmur. “MTN işi” üzrə istintaqa cəlb olunmuş şəxslərin tam siyahısı isə bu günə qədər mətbuatda dərc olunmayıb. “Yeni Müsavat” əməkdaşı istintaqa yaxın mənbədən istintaqa cəlb edilənlərin tam siyahısını dəqiqləşdirə bilib.

Hazırda 2 şəxs həbsdə deyil. Bunlar iş üzrə istintaqa cəlb olunan MTN Əməliyyat-texniki idarəsinin sabiq rəisi, general-mayor Natəvan Mürvətova, “Akula Akif” ləqəbli Akif Mustafayevdir.

Xəbər verdiyimiz kimi, Natəvan Mürvətova ev dustağıdır. Mətbuatda ara-sıra iş üzrə ev dustaqlığında olan şəxsin sabiq nazir Eldar Mahmudovun olduğu qeyd edilsə də, onun barəsində rəsmi olaraq hər hansı bir qərar yoxdur. İş üzrə axtarışda olan şəxs isə MTN-in “işverən”i kimi tanınan “Akula Akif” ləqəbli Akif Mustafayevdir.

İş üzrə ilk həbs olunan Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev isə rəsmi məlumatlara görə, Bakı İstintaq Təcridxanasında intihar edib.

İş üzrə həbsdə olan MTN-çilərin siyahını təqdim edirik:

1. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov;

2. MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev;

3. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev;

4. MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov;

Monitorinq Mərkəzinin əməkdaşları:

5. Fərhad Atayev,

6. Anar Şirəliyev,

7. Eşqin Əliyev,

8. Elşad Əzizov;

9. Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev;

10. İstintaq Baş İdarəsinin rəis müavini, şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov;

11. MTN-in Baş Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi polkovnik Mirəziz Əsgərov;

12. MTN polkovniki Mehman Abdullayev;

13. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi Akif Əliyev;

14. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin baş əməliyyat müvəkkili Anar Hüseynov;

15. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsindəki idarələrdən birinin rəisi Səlim Məmmədov;

16. Həmin idarənin işçisi Orxan Osmanov;

17. Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Natiq Alıyev;

18. Əməliyyat-texniki idarənin şöbə rəisi Zaur Məmmədov;

19. MTN-in şöbələrindən birinin sabiq rəis müavini Azər Mehdiyev.

Baş Prokurorluğun “MTN işi” ilə bağlı yaydığı son məlumata görə, iş üzrə ümumilikdə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlardan 20 şəxs həbsə alınıb. 1 nəfər barəsində başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri seçilib. İstintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

İş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. MTN-dən qovulanların isə sayı-hesabı yoxdur. Onlardan bir neçəsinin kimliyini dəqiqləşdirə bilmişik. Qovulanlar sırasında Eldar Mahmudovun sayəsində Azərbaycanın ən gənc generallarından biri olan 36 yaşlı general-mayor Vüqar Allahquliyev də var.

Bu şəxs MTN-in hərbi hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb. General təhlükəsizlik sistemində işə yararsız hesab edilib. V.Allahquliyev 2015-ci il martın 27-də general-mayor rütbəsi ilə təltif edilib. 36 yaşlı general Eldar Mahmudovun qohumudur. V.Allahquliyevin atası Zülfüqar Allahquliyev sabiq MTN rəhbəri Eldar Mahmudovun həyat yoldaşının dayısıdır.

Bundan əlavə, Z.Allahquliyev Azərbaycanın ən varlı iş adamlarından sayılır. Məlumata görə, onun bir neçə ticarət obyektləri və kərpic zavodları var. Eldar Mahmudovun nazirliyi dövründə Baş İdarə rəisi olan general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin əməkdaşı Aysel Əlizadə və adlarını dəqiqləşdirə bilmədiyimiz bir çox vəzifəli şəxslər qurumun ləğvindən əvvəl tutduqları vəzifələrdən uzaqlaşdırılıblar. MTN-in əvəzində yaradılan yeni quruma isə bu şəxslərin geri qaytarılmadığı haqda məlumatlar var.

“MTN işi” üzrə həbs olunanlar Bakı istintaq Təcridxanasında saxlanılırlar. Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 3 maddəsi – 308.2, 309.1 və 302.2-ci maddələri ilə ittiham irəli sürülüb.(musavat)

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv