Yazı İçi 468×60

Resim1“Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib

YENİCAG.AZ.AZ APA-ya istinadən xəbər verir ki, M. Məmmədov barəsində dünən axşam saatlarında Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bundan başqa, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi barədə də həbs qətimkan tədbiri seçilib.

Strateq.az isə xəbər verir ki. M.Məmmədov YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədridir. Həbs edilən Fətulla Seyidov isə BTRİB-in sabiq rəisi, rabitə sektorunda ilk həbsi həyata keçirilən Beytulla Hüseynovla kirvədir. F.Seyidov, eyni zamanda, BTRİB-in həbs edilən baş mühasibi Anar Mustafayevin də yaxın qohumudur. Anar Mustafayevin rabitədəki yüksəlişi də Nizami Telefon Qovşağının sabiq rəisinin sayəsində mümkün olub…

Onu da qeyd edək ki, bundan əvvəl “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da həbs edilib. Onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar.

Azerinfo.org saytı bu barədə başqa bir maraqlı xəbərə imza atıb. Saytın yazdığına görə, Azərbaycan dövləti içərisindəki fətullahçıları himayə edənlərdən biri də Məhəmməd Məmmədov olub. Gülənə bağlı məktəblərə xüsusi dəstək nümayiş etdirən M.Məmmədovun Gülənin Azərbaycan imamı Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Ahmed Sanıc və digərləri ilə də xoş münasibətinin olduğu vurğulanır.

Qafqaz Universitetinin rəsmi saytında dərc olunan bir xəbərdə deyilir:

“Məhəmməd Məmmədov Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə etmiş və qonaqlara öz təşəkkürünü bildirmişdir. Görüşdə AzTelekom İB-yinin yeni rabitə texnologiyaları və imkanları barədə qonaqlara məlumat verilmiş və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Görüşün sonunda AzTeleKom İB-i ilə tanışlıq gəzintisi keçirilmişdir”.

Qeyd edək ki, Türkiyədə Gülən haqqında Paralel Dövlət Terror Örgütü lideri olması ittihamı ilə cinayət işi açılıb və qırmızı bülletenlə axtarılır.

Göründüyü kimi, M.Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanovdan sonra nazirlikdə fətullahçılara dəstək verən ən böyük şəxslərdən biri olub.

Resim4 Resima3 Resim1

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 156
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."