!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“MTN polkovniki çox sirləri özü ilə apardı”

!Reklam – Yazi

930Məlum olduğu kimi, sabiq MTN polkovniki, Bakı İstintaq Təcridxanasında saxlanılan İlqar Əliyevin intihar etməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başladılıb.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov həbsdə olan şəxsin özünü öldürməsinin bir neçə amillə əlaqədar ola biləcəyini vurğulayıb:

“Hesab edirəm ki, yalnız İ.Əliyev deyil, MTN işi ilə bağlı təcridxanaya salınan və istintaqa cəlb edilən bütün şəxslərə nəzarət gücləndirilməlidir. Çünki bu şəxslərin özünə qəsd etməsi istintaqın işinə mane ola, bir çox mətləblərin qaranlıq qalmasına gətirib çıxarda bilər. Mən şübhə etmirəm ki, MTN polkovniki ölümü ilə çox sirləri özü ilə apardı. Ümid edirəm ki, baş verən hadisə ilə bağlı başladılan cinayət işinin gedişində bu intiharın hansı şəraitdə, necə baş verdiyi təfsilatı ilə aşkara çıxarılacaq. İndiki halda isə yalnız müəyyən ehtimallara diqqət çəkə bilərik.
Bütün hallarda görünən odur ki, İ.Əliyev üzərində nəzarət zəif təşkil edilib. Çünki yetərincə nəzarət etsəydilər, belə bir hadisə baş verməzdi. Habelə ola bilsin ki, ona intihar üçün məqsədli şəkildə şərait yaradılıb. Bu da ehtimallardan biridir. Bütün bu ehtimallar ciddi şəkildə araşdırılmalı, baş verən hadisəyə görə cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir”.

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv