yenicag.az
yenicag.az

MTRŞ ANS-i 54 min manat məbləğində cərimələyib

MTRŞ ANS-i 54 min manat məbləğində cərimələyib

Müəllif: Redaktor

Editor

947788d0bdf9a0e3ce2cccc840374c3f“Salam, Azərbaycan” proqramının yayımı 10 gün müddətinə dayandırılıb

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan verilən xəbərə görə, iclasda ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata baxılıb.

ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul edilib.

“Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci madəsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.5-ci maddəsinə uyğun olaraq “ANS Müstəqil Yayım və Media Şirkəti”nə ANS televiziyasının efirində 01.10.2015-ci il tarixində saat 16:20-19:00 arası yayımlanan “Sən tək deyilsən” verilişində sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Sən tək deyilsən” verilişinin 02.10.2015-ci tarixli buraxılışında sponsorluğa dair qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, 04 oktyabr 2015-ci il tarixdə saat 21:30-24:00 arası yayımlanan “Xoşqədəmlə axtarıram səni” verilişində sponsorluq haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Salam Azərbaycan” verilişinin 01.10.2015-ci il tarixli buraxılışında sponsorluqla əlaqəli qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Salam Azərbaycan” verilişinin 02.10.2015-ci il tarixli buraxılışında eyni səbəblə qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Salam Azərbaycan” verilişinin 03.10.2015-ci il tarixli buraxılışında eyni səbəblə qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, 05.10.2015-ci il tarixli buraxılışında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Şokolad” verilişinin 18.09.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Şokolad” verilişinin 21.09.2015-ci tarixli buraxılışında eyni hala görə 6000 (alti min) AZN, ümumilikdə 54 000 (əlli dörd min) AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul olunub.

Eyni zamanda ANS televiziyasının efirində yayımlanan “Salam Azərbaycan” proqramında şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığı, insanların şərəf və ləyaqətinin alçaldıldığı, işgüzar nüfuzun ləkələnməsinə və birtərəfliyə yol verildiyi, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğu nəzərə alınaraq ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul edilib.

Eyni zamanda, yayımı dayandırılmış “Salam, Azərbaycan” proqramının efir vaxtında mədəni-maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi, tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatın yayımlanması barədə qərar qəbul olunub(APA).

Media, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti