MTRŞ bu TV-lərə irad tutdu – SİYAHI

Müəllif: Redaktor

Editor

d9c8ac21e21e520aee89f4589c0485c4Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) teleradio yayımçılarının nümayəndələri ilə görüş keçirilib.

MTRŞ-dan AzVision.az – a verilən xəbərə görə, matəm günündə “Space” TV, “Xəzər” TV, “ANS ÇM”, “Jazz” FM, “Anten” FM, “Araz” FM tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinin tələbləri pozulub, yayımçılar tərəfindən reklam blokları yayımlanıb.

Qeyd olunub ki, bu gün “Space” TV, “Xəzər” TV, “ANS ÇM”, “Jazz” FM, “Anten” FM, “Araz” FM-in proqram üzrə məsul şəxsləri Milli Televiziya və Radio Şurasına dəvət edilib və pozuntularla bağlı yayımçılara irad tutulub, müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycanda matəm elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq 2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir