f21a4cface2ced19fccdf53eef342f53Milli Televiziya və Radio Şurası nitqində qüsur olan aparıcıların adlarını açıqlayıb. “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” Layihəsi əsasında 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçıları proqramlarının monitorinqlərinin nəticələri əsasında telekanallarda çalışan bəzi aparıcıların nitqində pozuntular qeydə alınıb.

Qeyd olunub ki, MTRŞ bu siyahıda Dilçilik İnstitutunun rəyinə əsasən yayımlayıb.

MTRŞ-nın siyahısında adı olan “Space” TV-nin “Görüş yeri” verilişinin aparıcısı Elçin Əlibəyli bu siyahıya sərt münasibət bildirib.

Yenicag.az xəbər verir ki, E.Əlibəyli bu haqda bunları yazıb: “Dilçilik İnstitunda “c” hərfini “ç” kimi tələffüz edənlər, Azərbaycan dilinin mahiyyətindən xəbərdar olmayanlar, bir-birindən köçürüb disertasiya yazanlar məndə qüsur tuturlar?! Mənim dilimdə qüsur tutanın başqa yerində qüsur var. Sübut etsinlər mən hansı səsi düzgün məxrəcdə tələffüz etməmişəm və ya hansı cümləni düzgün qurmamışam. Özləri cümlə qura bilmirlər. Orfoqrafiya lüğətində olan səhvləri mən çıxıb, efirdən demişəm. O zaman onlardan biri qarşıma çıxa bilmədi. İndi məndə qüsur tuturlar? Mənim nitqimdə qüsur tutan dilçilər gəlsinlər, veriliş aparsınlar.

Mənim qüsurum olsa, qəbul edərəm. Tənqidlərə açıq adamam. Televiziya nəzəriyyəsi haqqında üc kitabın müəllifiyəm. Gəlsin onlardan biri mənim kitabımı oxusunlar, izah etsinlər ki, mən nə yazmışam. “-mışdır”, “-mişdir”dən disertasiya yazıb, alim olmurlar”.

Qeyd edək ki, MTRŞ-nın bu siyahısı dəfələrlə müzakirə mövzusu olub və tənqid olunub. Tənqidin əsas hədəfi isə MTRŞ adında açıqlanan siyahının Dilçilik İnstitutunun bir neçə xanım əməkdaşı tərəfindən tələsik hazırlanmasıdır. Çünki bir çox hallarda aparıcıların isimləri belə düzgün qeyd olunmur. MTRŞ rəhbərliyi də dəfələrlə qeyd edib ki, onlar Dilçilik İnstitutunun mövqeyinə əsaslanırlar.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."