MTRŞ: Qanunsuz kabel televiziyalarının işinə hüquq-mühafizə orqanları baxacaq

Müəllif: Redaktor

Editor

Milli Televiziya və Radio Şurası (MTRŞ) Bakıda qanunsuz fəaliyyət göstərən kabel televiziyaları ilə bağlı hüquq-mühafizə və vergi orqanlarına müraciət edib.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, bunu MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

N.Cavadov bildirib ki, qanunsuz kabel televiziyaları xüsusən yeni tikilən binalarda fəaliyyət göstərir: “Yeni bina tikiləndə heç bir lisenziya olmadan gəlib qurğular qoyaraq qanunsuz kabel televiziyası yayımı ilə məşğul olurlar”.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 30-dan artıq lisenziyası olan kabel və İP televiziyası fəaliyyət göstərir:

“Qanunsuz fəaliyyət göstərən kabel televiziyalarının sayı isə çoxdur. Bunu dəqiq müəyyən etmək çox çətin məsələdir və hər binada bunları aşkara çıxarmaq olmur. Biz qanuni fəaliyyət göstərən kabel və İP televiziyalarının siyahısını hüquq-mühafizə və vergi orqanlarına təqdim etmişik. Artıq onlar bu siyahı əsasında hansı televiziyaların qanuni fəaliyyət göstərdiyini bilirlər və qanunsuz kabel televiziyaları ilə bağlı özləri tədbirlər görürlər”.

N.Cavadov vətəndaşların da diqqətli olmasının vacibliyini bildirib: “Vətəndaşlar bu kabel televiziya kanallarına qoşulan zaman onların qanuni olub-olmadığı ilə maraqlanmalıdırlar. Bu, həm vətəndaşlar üçün, həm də dövlət üçün faydalıdır”.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir