www.sinerjipro.net

SinerjiProWide
Reklam

tenzile_x

Tənzilə Rüstəmxanlı: “Türkiyəni bu gün də bataqlığa sürükləmək istəyənlər var”

Bu gün Türkiyə cümhuriyyətinin yaranmasının 91-ci ildönümüdür. 1923-cü ilin bu günü Mustafa Kamal Atatürkün başçılığı ilə xarabalıqlar üzərində böyük bir Türkiyə dövlətinin əsası qoyuldu. Bu tarix qardaş Türkiyə vətəndaşlarında olduğu kimi, azərbaycan türkləri üçün də qürurverici tarixlərdən biridir.

Yenicag.az saytına açıqlamasında Azəri Türk Qadınlar Birliyinin sədri, Azərbaycan Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı bu günün bütün Türk Dünyasında önəmli bir gün olduğunu diqqətə çatdırdı: “Türkiyə bu gün cümhuriyyət elan edilməsinin 91-ci ildönümünü qeyd edir. Bu tarix çox önəmli bir gündür. Param-parça olmuş Osmanlının külündən yeni bir modern cümhuriyyət yaratmaq, qadına seçib, seçilmək haqqını verən təmələ dayanan demokratik bir cəmiyyət qurmaq ancaq bu zəfərin memarı  Mustafa Kamal Atatürkün liderliyində gerçəkləşə bilirdi və gerçəkləşdi də. Qurtuluş savaşı vermiş türk milləti cümhuriyyətlə milli dövlət olmaqdan çıxan bir osmanlıdan, türkə milli kimliyini qazandııran yeni bir cümhuriyyəti qurmağı tanrı Atatürkə nəsib etmişdi. Bu cümhuriyyətin qurucusu türk millətidir. Onun memarı Atatürkdür. Cümhuriyyət türk milləti və Atatürkün əsəridir. Ona görə də, Türkiyədəki qardaş, bacılarımızı bu bayram münasibətilə təbrik edirəm. Türkiyə Atatürk dönəmində bir çox dəyişiklikləri, inqilabları həyata keçirməyi bacardı. 1938-ci ilə qədər mədəniyyət, təhsil, iqtisadiyyatda böyük işlər görüldü. Atatürkdən sonra Türkiyədə bəzi geriləmələr oldu. Amma bütün bunlara baxmayaraq,  cümhuriyyət inkişaf edərək yaşadı. Türkiyəni bu gün də bataqlığa sürükləmək istəyənlər var. Türk milləti arasında ən böyük dövlət olan Türkiyəni zəif salmaq üçün çalışan qüvvələr var. Buna baxmayaraq, əminəm ki, Türkiyə Cümhuriyyəti bunların hamısının layiqli cavabını verəcək. Cümhuriyyət əbədidir və sonsuzluğa qədər yaşayacaq”.

Rüfət

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."