!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müasir uşaq kitabxanası istifadəyə verildi - Fotolar

!Reklam – Yazi

Bu gün Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Sabunçu MSK-nın 1 saylı filialı M. Şəhriyar adına uşaq kitabxanası əsaslı rekonstruksiyadan sonra qapılarını oxucuların üzünə açıb.

Yeniçağ.az xəbər verir ki, kitabxananın açılışını ilk olaraq Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev edib.

Nazir Azərbaycanda kitabxana şəbəkələrində müəyyən islahatların aparıldığını bildirib:

“Artıq özünü doğrultmayan və əhalimizin tələblərinə cavab verməyən məkanların bağlanılmasının tərəfdarıyıq. Hər kitabxana öz formatını dəyişdirməlidir. Bugünki açılış mərasimi axtarışların nümunəsidir. Bu gün çox zəngin tarixə malik olan kitabxanaya yeni formatda xidmətlər təqdim olundu. Hesab edirəm ki, yenilik yalnız burda yox, bir neçə məkanda tətbiq olunmalıdır. Burada sərbəst internet, kitab mübadiləsi, əlavə xidmətlər fəaliyyət göstərir. Kitabxananın nəzdində Asudə Vaxt Mərkəzi fəaliyyətə başlayıb. Burada rəqs, rəngkarlıq, kompüter, dil kursları var. Sözsüz ki, bu xidmətlər hamısı müəyyən ödənişlər əsasında həyata keçirilir. Eyni zamnda da bu, həm kitabxananın fəaliyyətinə töhfə verəcək, həm də bura təşrif buyuracaq hansısa gənc və yeniyetmə özünün maraqlarına uyğun olaraq müxtəlif xidmətləri əldə edə biləcək”.

Daha sonra çıxış edən kitabxananın direktoru Nəcibə Hüseynova qeyd etdi ki, kitabxanada 5 mindən çox kitab var:

“Kitabxana modern sistemdə hazırlanıb. Hazırda bizim 15 min 462 oxucumuz var. Müxtəlif səpgidə ədəbiyyat yerləşdirilib, eyni zamanda müxtəlif dillərdə ədəbiyyatımız var. Uşaq ədəbiyyatına da xüsusi yer ayrılıb. Fondumuz həm alınma, həm də hədiyyə kitablar vasitəsilə zənginləşdirilir. Ədəbiyyatlar hər zaman yenilənir. Oxucular kitabxanadan həm onlayn, həm də kart açdıraraq istifadə edə bilərlər. Oxucularımız üçün “kafeteriya”da fəaliyyət göstərir. Kitabların 3 və ya 6 ay ərzində yenilənməsi nəzərdə tutulub”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

941
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv