Mübariz İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirildi

Mübariz İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirildi

Müəllif: Redaktor

Baş Redaktor

12666279_1186919851337953_1527761793_nBu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibəti ilə gənclərin təşəbbüsü ilə yazıçı, publisist Azər Hacıbəylinin “Addım at” poemasının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov özlərini Mübariz İbrahimovun davamçıları sayaraq, bu kimi vətənpərvərlik mövzularında təbliğat vasitələrinin çoxaldılmasını təqdirə layiq hesab etmiş, poema yazılarkən dəfələrlə biz gənclərlə müzakirə apardığına görə kitabın müəllifi Azər Hacıbəyliyə öz dərin təşəkkürünü bildirmişdir.
Azər Hacıbəyli çıxışında Mübariz İbrahimova həsr etdiyi“Addım at” poemasını yazarkən qəhrəmanın ailəsi, o cümlədən atası ilə görüşdüyünü, ağsaqqallar və gənclərlə dəfələrlə görüşüb müzakirə aparılmasını qeyd edərək bildirmişdir ki, əsər Ramazan ayında isti yay günlərində ərsəyə gəlmişdir. Bunu yazarkən mənəvi olaraq həzz alırdım, bu əsərlərin davamlı olması üçün davamlı şəkildə çalışıram, yaxın günlərdə bir neçə Milli qəhrəmanlarımıza həsr etdiyim kitablarım çapdan çıxacaqdır. Hesab edirəm ki, bu mənim üçün vətəndaşlıq borcudur.

Daha sonra söz tədbirdə iştirak edən BDU-nun professoru, Qarabağ müharibəsi veteranı Atamaoğlan Məmmədli döyüş xatirələrindən söz açaraq, bu cür kitabların yazılmasına görə müəllifə öz təşəkkürünü bildirmiş, gəncləri həmin vəsaitlərdən, həmçinin özünün müəllifi olduğu “Gəlmələr” (Ermənilərin gerçək tarixi) kitabından yararlanmağı məsləhət görmüşdür.

Təqdimat mərasimində çıxış edən digər iştirakçılar, baş redaktor Dəyanət Səlimxanlı, kitabın redaktoru Sənan Əlincə, AMEA-nın professorları və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse prezidenti Rasim Məmmədov və digərləri tədbirə görə müəllifə və təşkilatçılara öz təşəkkürlərini bildirmişlər.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti