1-16069 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyi irəli sürülmüş Fəzail İbrahimlinin təbliğat-təşviqat kampaniyası davam edir. Seçicilərdən böyük dəstək alan F.İbrahimli bu gün növbəti görüşünü Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu kənddə- Biləsuvar rayonunun Əliabad kəndində keçirib. Kənd sakinləri ilə görüşən F.İbrahimli çxışında bildirib ki, Əliabad kəndi Azərbaycan dövlətinə çox qeyrətli oğlanlar verib: “Onlardan biri də Milli Qəhrəmanımız Mübariz İbrahimovdur. Sizlər onu daha yaxşı tanıyırsınız. Mübariz İbrahimovun qəhrəmanlığı tariximizin çox mühüm bir səhifələrindən birini təşkil edir. Əliabad kəndinin sakinləri həmişə haqqın yanında olublar, heç şübhəsiz ki, bundan sonra da belə olacaq. Mən deputat olduğum müddətdə digər kəndlər kimi, Əliabad kəndinin sakinlərinin problemlərini də öz problemim kimi qəbul etmişəm. İnsanlarımızın diqqətlə əhatə olunması üçün əlimdə olan bütün vasitələrdən istifadə etmişəm. Bundan sonra da belə olacaq. Heç vaxt heç bir seçicim yanımdan naümid qayıtmayıb, probelimini yeriondəcə həll etməmiş heç bir seçimimi evinə yola salmamışam. Düşünürəm ki, belə də olmalıdır. Biz demokratik seçki mühitində, məhz sizlərin səsi sayəsində deputat mandatını qazanırıq ki, sizlərə, vətənimizə, qayğıya ehtiyacı olan vətəndaşlarımıza kömək edək, onların yanında olaq”.

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovla görüşən deputatlığa namizəd F.İbrahimli bu görüşdən də böyük təəssüratla ayrılıb. Belə ki, kənd ağsaqqalı Ağakərim İbrahimov bildirib ki, Əliabadlılar həmişə Azərbaycanın inkişafı, tərəqqisi üçün çalışmışlar, dövlət başçısı Cənab İlham Əliyevin apardığı uğurlu siyasətin yanında olmuşlar və bundan sonra da dövlətimizin güclənməsi üçün qanı və canları hesabına çalışacaqlar. Fəzail İbrahimliyə olan dərin hörmət və ehtiramından danışan Ağakərim İbrahimov bildirib ki, dəstəyimiz sizinlədir, şübhəsiz ki, digər kəndlər kimi bizim sakinlər də sizə səs verməklə ən düzgün seçim etmiş olacaqlar.

Mübariz İbrahimovun qəhrəmanlıqlarından danışan F.İbrahimli ona göstərdiyi dəstəyə görə Milli Qəhrəmanın atasına minnətdarlığını bildirib. F.İbrahimli qeyd edib ki, Mübariz Azərbaycanın, ümumilikdə bütün bəşəriyyətin oğludur: “Sizin dəstəyinizə inanıram və siz sağ olun ki, Mübariz kimi böyük şəxsiyyət yetişdirib Azərbaycanımıza nəsib etmisiniz”. Ağakərim İbrahimov sonda F.İbrahimliyə haqqında ən çox sözlərini deyərək qeyd edib ki, Əliabad kəndinin səsvermə hüququ olan sakinləri 1 noyabr seçkilərində məhz ona səs verəcəklər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."