!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mübariz Mənsimovun arzusu nə vaxt çin olacaq? - Rəsmi açıqlama

!Reklam – Yazi

Bildiyiniz kimi, “Xəzər Lənkəran” klubunun fəaliyyətini bərpa etməsi bir müddətdir ki, müzakirə edilir. Müzakirələrə səbəb klub rəhbəri Mübariz Mənsimovun iddialarıdır. Belə ki, klub rəhbərliyi birbaşa yüksək liqaya qayıtmaq istəyir.

Maraqlıdır fəliyyətə yenidən başlamaq istəyən klub birbaşa Premyer Liqaya qayıda bilərmi?

Məsələ ilə bağlı PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi məsələnin müzakirə olunacağını deyib:

“Xəzər Lənkəran”ın qayıtmasını hamı arzulayır. Çempionatın maraqlı keçməyini istəyiriksə, belə komandaların qayıtması yalnız futbolun xeyrinə ola bilər. Amma hələ ki, heç bir yenilik olmadığına görə biz konkret fikir bildirə bilmirik. Mövsümün sonunda “Xəzər Lənkəran” komandası rəsmi olaraq çıxış edəcəyini bildirsə, bu məsələ müzakirə olunacaq.

Birbaşa yüksək liqaya qayıtması ilə bağlı, konkret bir söz deyə bilmərəm. Komandanın çıxış edəcəyi dəqiqləşdikdən sonra bu məsələ müzakirə olunacaq. Müraciət etdikdən sonra, rəhbərliklə görüşüb, münasibət bildirəcəyik”.

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv