Mübariz Mənsimovun “Eldar Mahmudov” müamması çözülür? – VİDEO – Yeniləndi

Müəllif: Baş Redaktor

Baş Redaktor

akadSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədəykən, çoxları onunla dost olmağa çalışırdılar. Ölkənin bir nömrəli kəşfiyyatçısı ilə kim dost olmaq istəməzdi ki. Nəinki ölkə daxilində, hətta xaricdən də Mahmudova “qarmaq atanlar” az deyildi. Bu da daha çox sabiq nazirin atası, iqtisadçı alim Əhməd Mahmudovun adı ilə baş tuturdu.

Əhməd Mahmudovun adını əbədiləşdirənlərdən biri də “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov idi.

Mənsimov nazir atasının adını gəmiyə vermişdi.

Görəsən, həmin gəminin aqibəti necə oldu? Bu söz-söhbətdən sonra gəminin adı dəyişdiriləcək, yoxsa  Mübariz Mənsimov həmişəki kimi sözünün üstündə dayanaraq, bu məsələdə geri addım atmayacaq?

Hər halda qarşımızda çox sürprizlər yaşayacağıq. Ola bilsin ki, Mənsimov da Eldar Mahmudovun atası üçün “qəhrəmanımız” deməsinin sirrini açıqlayacaq. Azərbaycanda iş adamlarının yaşadıqlarını nəzərə aldıqda, ölkəmizdə böyük biznesi olan Mübariz Mənsimovun da Eldar Mahmudovun diqqətini çəkdiyi vurğulanır. / Azerinfo.org

***

“Bizim adımızı kimsə rüşvətdə və yaxud başqa hadisələrdə səsləndirirsə bunlar hamısı cəfəngiyyatdır”.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyədə yaşayan Azərbaycan əsilli milyarder, tanınmış iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib. O, fikrini belə davam etdirib:

“Yazar kimdirsə bilmirəm. Amma mən bu işi belə buraxmayacam. Səhv adama böhtan atırlar. Qanunsuz işlər olan yerdə “Palmali” olmaz, mən olmaram. “Palmali” deyilən şirkət mənəm” – deyə o, əlavə edib.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır