www.sinerjipro.net

SinerjiProWide
Reklam

trend_mubariz_gurbanli_130715Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünən Gəncədə bir qrup dindarın keçirmək istədiyi qanunsuz aksiyaya münasibət bildirib.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil olunan tədbirdə çıxış edən komitə sədri bildirib ki, baş vermiş hadisəni qarşıdurma kimi təqdim etməyə çalışırlar.

M.Qurbanlı qeyd edib ki, bir qrup insan “Şah Abbas” məscidinə hücum edib və hüquq-mühafizə orqanları bunun qarşısını almağa çalışıb: “Aşura ilə bağlı bütün mərasimlər qapalı yerlərdə, məscidlərdə keçirilməlidir. Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı fətvası var. Bu cür tədbirləri küçədə keçirmək olmaz”.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də öz növbəsində dünən Gəncədə baş vermiş hadisəyə münasibət bildirərək baş verənlərin siyasiləşdirilməsinə ehtiyac olmadığını deyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."