Müdafiə Nazirliyi: "Erməni ordusunu tamamilə məhv edərik"

Müəllif: Redaktor

Editor

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir.

Bu barədə M.Akopyanın fikirlərini şərh edərkən Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər:

“Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra M.Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sarkisyan onu təcili surətdə Yerevana qaçırtmaq məcburiyyətində qaldı. Apreldə döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi, deyəsən, bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir.

Lakin M.Akopyan dərk etməlidir ki, Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar aprel döyüşləri zamanı istifadə olunanlarla müqayisədə daha dağıdıcı olmaqla yanaşı, erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək”.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır