Yazı İçi 468×60

9d853fd657c9fddf40b235932bc3ec71Silahlı Qüvvələrin hərbi qulluqçusu, polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub.

Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumata görə, onun Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.

MN qeyd edib ki, “bəzi kütləvi informasiya vasitələrində “Gizli dinləmələrin qalmaqalı” sərlövhəli “sensasiya” yazıları” yayıblar.

Nazirlik vurğulayıb ki, Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur: “Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur”.

MN növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək daha diqqətli və məsuliyyətli olmağı xahiş edir, qəsdən yalan və şayiələri yaymamağa çağırır(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."