yenicag.az

Müəllimə evində qətlə yetirilib – BEYLƏQANDA

Müəllimə evində qətlə yetirilib – BEYLƏQANDA

Müəllif: Redaktor

Editor

sdesdsfdXəbər verdiyimiz kimi, Beyləqan rayonunda qətl törədilib. 3 saylı orta məktəbin Səbahət Quliyeva adlı müəlliməsi evində öldürülüb.

Onun meyitini həmin evə daşınan seçki qutusu aparan şəxslər aşkarlayıblar.

Hadisə rayonda PMK-42 adlanan ərazidə yaşayan Quliyevlər ailəsinin evində qeydə alınıb. Sakinlərin bildirdiyinə görə, ərazi üzrə seçki məntəqəsinin üzvləri Parkinson xəstəliyiindən əziyyət çəkən yataq xəstəsi Natiq Quliyevin səs verməsi üçün onların evinə gediblər. Lakin evə daxil olarkən Natiqin həyat yoldaşının cəsədini aşkarlayıblar.

Yataqda xəstə yatan Natiq Quliyevin isə müxtəlif xəsarətlər aldığının şahidi olublar. Vəziyyəti görən şəxslər rayon polis şöbəsinə və mərkəzi rayon xəstəxanasına xəbər veriblər.

Natiq Quliyev hazırda rayon xəstəxanasında koma vəziyyətindədir. Ailənin 2 qızı 1 oğlu var. Onların övladları Bakı şəhərində yaşayır(Atv.az).

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti