!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimindən hamilə qalan qızın körpəsi xəstəxanadadır

!Reklam – Yazi

erkeumun_nedenleri_nelerdirŞamaxı rayonunun Pirbəhli kəndində müəllim işləmiş şəxs tərəfindən zorlandığını iddia edən azyaşlıqızın dünyaya gətirdiyi körpə hələ də müayinə olunur.

1 saylı Körpələr Evindən verilən məlumata görə, uşaq Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından gətirilsə də müayinə olunmaq üçün A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına göndərilib.

“Bizə təhvil veriləndən həmin uşaqğı Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanaya göndərmişik. Hələki ordadır və ola bilsin ki, uşaq müalicə alır və geri gətirilməsi gecikdirilir. Lakin körpə hələ bizə təhvil verilməyib”.

A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasından isə bildirilib ki, Körpələr Evindən onlara verilən körpə xəstəxanada reanimasiya şöpbəsindədir. “Uşağın vəziyyəti yaxşıdır və bir müddət də burada qalacaq”.

Məlumat üçün bildirək ki, azyaşlı Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında körpəsini dünyaya gətirsə də ondan sonra imtina edib. Bir müddət sonra xəstəxana daha sonra körpəni 1 saylı körpələr Evinə veriblər.

Xatırladaq ki, bir müddət əvvəl Şamaxı rayon sakini azyaşlı qız müəllimi Elnur İbrahimov tərəfindən zorlandığını bildirmişdi. Bu məsələ ölkə gündəmində ciddi ajiotaj yaratmışdı. Azyaşlı keçmiş müəllimindən hamilə qaldığını deyirdi.

Ekspertizanın rəyinə əsasən, zorlandığını iddia edən həmin qız bakirədir. Məlum hadisə ilə bağlı Elnur İbrahimov polis tərəfindən saxlanılıb. Barəsində cinayət işi açılıb.

Qeyd edək ki, Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan keçmiş müəllim 2 uşaq atasıdır. O, məlum hadisəyədək Şamaxıda kollecdə tarix müəllimi işləyib.

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv