Yazı İçi 468×60

2
Azərbaycanda işə qəbul olmaq istəyən müəllimlər üçün aparılan əlavə yerləşdirmənin ilk mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 3-5 sentyabr tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılıb.

4432 nəfər namizəd şəxsi səhifələrinə daxil olmaqla, təklif olunan vakant yerləri seçib və ərizələrini təsdiq ediblər. Ərizələrini təsdiq edən namizədlərdən 773 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçmək hüququ qazanıb. Yerləşdirmənin nəticəsi, müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə gələrkən namizədlərdən şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini və onun əlavəsini gətirmək tələb olunur.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."