Müəllimlər üçün Qusarda növbəti 2 günlük “Yay Təlimi” turu

Müəllimlər üçün Qusarda növbəti 2 günlük “Yay Təlimi” turu

Müəllif: Redaktor

Editor

13883910_1118792504848001_1590167918_nAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmış “İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi və “Welcome Travel” turizm şirkətinin birgə əməkdaşlığı çərçivəsində müəllimlər üçün “Həm Öyrənək, həm Dincələk” adlı Yay Təlim Turu təşkil olunacaq.

Tura Qusarda istirahət mərkəzində 2 günlük dincəlmə, Şahdağ turizm kompleksinə səyahət, peşəkarlar tərəfindən kurikulum və İKT üzrə müxtəlif mövzuları əhatə edən seminarlar daxildir.
İştirakçılara “İTE” əlavə təhsil mərkəzi tərəfindən SERTİFİKAT, “Welcome Travel” şirkəti tərəfindən ENDİRİM KARTLARI və digər kiçik hədiyyələr təqdim olunacaq.

Turun tarixi: 7-8 Avqust
Turun proqramı
1-ci gün
08:45-09:00 – Təyin olunmuş yerdə toplaşmaq (Gənclik metrosunun qarşısı)
12:00-13:00 – İstirahət mərkəzinə çatma və yerləşmə.
13:05-14:00 – Nahar fasiləsi
14:30-16:00 – “Fəal təlimin metod və texnikaları” mövzusunda mühazirə (Respublika təhsilində tanınmış təlimçi -Kamran Əliyev)
16:05-16:35 – Çay fasiləsi
16:40-20:00 – Qusar Olimpia kompleksində mövcud olan Voleybol, Tennis idman oyunlarından pulsuz istifadə.
20:05-21:00 – Axşam yeməyi.
21:05-24:00 – Asudə vaxt. Musiqi.

2-ci gün
9-00-:9-30 – Səhər yeməyi.
10:00-11:30 – “Fəal təlimin metod və texnikaları” mövzusunda mühazirə (Respublika təhsilində tanınmış təlimçi -Kamran Əliyev)
11:30-12:15 – Sertifikatların təqdim edilməsi.
12:-30-13:30 – Nahar fasiləsi.
13:30-16:30 –“ŞAHDAĞ” Turizm İstirahət Kompleksinə ekskursiya. Müasir dünya standartlarına uyğun, dəniz səviyyəsindən 1300 metrlə 3200 metr arasındakı hündürlükdə yerləşən bu kompleks 2000 hektardan artıq bir sahəni əhatə edir. Burada Siz dağüstü kanatlardan istifadə edə bilərsiz (Kanat qiymətə daxil deyil).
17:15-18:00 – Çay süfrəsi (“Art” restoranı).
18:00-20:30 – Qusar – Bakı yolu.

Turun qiyməti – 90 AZN

Qiymətə daxildir:
• Qusar Olimpiya Kompleksi – Siz burda mövcud olan – tennis, voleybol və digər idman oyunlarından istifadə edə bilərsiz.
• Nəqliyyat xidməti
• Tur rəhbəri
• Oteldə gecələmə
• Səhər yeməyi (yağ, pendir, qaymaq, yumurta, çay)
• Nahar yeməyi (sup, assorti kabab, salat, pendir, sərin sular)
• Şam yeməyi (sup, qazan yeməkləri, salat, pendir, sərin sular)
• Şahdag istirahət kompleksinə ekskursiya
• Foto çəkiliş (şəkillər CD, DVD disklərdə, və ya elektron ünvana pulsuz olaraq veriləcək)

Müraciət
Qeydiyyatdan keçmək üçün İTE əlavə təhsil mərkəzinə müraciət edə bilərsiniz:

İTE əlavə təhsil mərkəzi
Süleyman Rəhimov küçəsi 179, A, “Avenyu Viraj” biznes mərkəzi, 3-cü mərtəbə
Tel.: +994 (12) 404 85 56
Mob.: +994 (55) 505 53 30

 

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti