www.sinerjipro.net

SinerjiProWide

Müğənni bacıların vurduğu kişinin kimliyi bəlli oldu: "Kəllə sümüyü sınıb, vəziyyəti ağırdır"  - ÖZƏL

Reklam

Bu gün səhər əkiz bacılar kimi tanıdığımız müğənni Sevinc və Sevil yenicə aldıqları maşınla “Qoşa qala” qapıları qarşısında qəza törədiblər. Vaxtında əyləcə basa bilməyən Sevinc yolu keçən piyadanı vurub. Yaralanan kişi 1 saylı Şəhər Kliniki Xəstəxanasına ( “Semaşko”ya) çatdırılıb. Xəstəxanada olan Yeniçağ.az saytının əməkdaşlarının əldə etdiyi məlumata görə, zərərçəkənin adı Zöhrab Ağayevdir. O, ağır kəllə-beyin xəsarəti diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Zərərçəkənin nəvəsinin dediyinə görə,87 yaşlı babası hər gün səhərlər gəzməyə çıxırmış:


“Xəbəri alan kimi xəstəxanaya gəldik. Bizi içəri buraxmırlar. Öyrəndik ki, saytlar onun qolunun azacıq əzildiyini yazıblar. Bu, ağ yalandır. Onun vəziyyəti ağırdır. Ağır olmasaydı, reanimasiyaya yerləşdirilməzdi. Babamı bacılardan biri ilə xəstəxanaya çatdıran taksi sürücüsünün dediyinə görə, onun qulağında qan varmış. Bu da o deməkdir ki, babam başından ağır zərbə alıb. Hazırda məsələ ilə polis məşğul olur. Biz də hələ ki, içəridən bir cavab gözləyirik. Çünki doğmalarını reanimasiyaya qalxmağa qoymurlar. Şikayət verib-verməməyimiz də babamın vəziyyətində asılıdır”.


Zöhrab Ağayevin həkimi neyro-cərrah Nicat Məmmədov olduğunu öyrənən müxbirimiz böyük çətinliklə də olsa xəstənin vəziyyətini öyrənib:


“Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyət çox kritikdir. Çünki burada yaş faktoru da var.


Müayinələr aparılır. Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”.
Qeyd edək ki, hadisə ilə bağlı Xəzər TV və 103 FM-in musiqi departamentinin rəhbəri Kənan Bayramov da xəstəxanaya gəlib.

Cəvahir Səlimqızı
Aygün İlqarqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 102
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.