Elza Seyidcahan rəsmən deputatlığa namizəd oldu

Elza Seyidcahan rəsmən deputatlığa namizəd oldu

Müəllif: Redaktor

Baş Redaktor

elza_seyidcahan_0458Bəstəkar-müğənni Elza Seyidcahan builki parlament seçkilərində iştirak etmək üçün artıq namizədliyini irəli sürüb.

Bu barədə müğənni özü məlumat verib.

O bildirib ki, sənədlərini artıq Dairə Seçki Komisiyasına tədqim edib:

“Mənim bu saat başım seçicilərə qarışıb. Hazırda seçicilərimlə görüşürəm. Vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm”.

E.Seyidcahan namizədliyini ürəli sürdüyü dairənin adını açıqlamayıb:

“Namizədliyim qeydə alınandan sonra dairənin də adını açıqlayacağam. Amma onu deyə bilərəm ki, namizədliyimi rayonlardan birindən irəli sürmüşəm”(Aznews)

Maqazin, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti