www.sinerjipro.net

SinerjiProWide
Reklam

53958_pjvhuuuzszTürkiyəli müğənni Kibariyenin 14 yaşındakı qızının başına gələnlər ailəsini şok edib.

Yenicag.az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin həyat yoldaşı Əli Küçükbalçıq qızının özündən 5 yaş böyük biri ilə sevgili olmasına əsəbiləşib.

O, qızının “Cinsi əlaqədə olduq” dediyi Bülənt Uçarı polisə şikayət edib.

30 il azadlıqdan məhrum edilməsi istənilən Bülənt məhkəmədə “Mənə 18 yaşı olduğunu və kollecdə oxuduğunu söyləyib” deyə, bildirib:

“Anası münasibətimizə razı idi. Hətta evlənməyimizi də istəyirdi. Qızı sosial şəbəkədə görüb, bəyənmişdim. Qonşumuzun qızının vasitəsiylə görüşdük. Anasıyla da tanış olmuşdum. Hətta öz aramızda “hə” üzüyü də taxmışdıq. Atası isə etiraz edirdi. Qızla tez-tez dalaşırdıq. Onun dediyi heç bir şey aramızda olmayıb. Başqa oğlan dostları var idi. Dəfələrlə buna görə aramızda dava olub”.

Kibariyənin qızı polisə açıqlamasında bunları deyib:

“Bir dəfə onunla meşəyə getdik. Mənimlə münasibətdə olmaq istədiyini dedi, razılaşdım. O gündən sonra 3 dəfə görüşdük və birlikdə olduq. Mənə telefon almışdı ki, rahat ünsiyyət qura bilək. Atam telefonu tapdı, məcbur olub hər şeyi ona danışdım”.

Bülənt Uçarın məhkəmə prosesi davam edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.