Müğənninin gecə klubu yandı – Fotolar

Müəllif: Redaktor

Editor

95937_hrof4r8mapTürk müğənni Çılğın Sedatın Mersin şəhərindəki gecə klubu yanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı kluba 250 min lirə (təxminən 130 min manat) xərc çəkdiyini və çox hissəsinin borc olduğunu bildirib.

Ç.Sedat obyekt yeni olduğu hələ sığorta etdirmədiyini, buna görə də itkisinin çox olduğunu söyləyib:

“Çox əmək sərf etmişdim. Heç kimdən gözləntim yoxdur. Bu dəqiqə “Nəyin var?” desələr, ailəm var, Allahım var, dostlarım var… Onlar da mənə bəs edir”.

Müğənni hazırda hadisədən sonra heç kim ölmədiyi üçün 2 rükət şükr namazı qıldığını da deyib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır