!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibə bitmədən cəbhə bölgəsində bərpa işləri aparılmalıdır?

!Reklam – Yazi

Ermənistanla müharibə vəziyyətinin davam etdiyi bir şəraitdə Azərbaycanın cəhbə bölgəsində yerləşən ərazilərdə tikinti-bərpa işlərinə irihəcmli vəsaitlərin sərf olunması birmənalı qarşılanmır.

Yeniçağ.Az xəbər verir ki, prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında yanvarın 24-də imzaladığı sərəncam cəbhə zonasında sosial xarakterli investisiya qoyuluşu məsələsini aktuallaşdırıb. Qeyd edək ki, dövlət başçısının bu sərəncamına əsasən, Cəbrayılın Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 4 milyon manat ayrılıb. Lakin Azərbaycanla işğalçı Ermənistan arasında müharibə vəziyyətinin davam etdiyini və genişmiqyaslı hərbi əməliyyatların hər an bərpa oluna biləcəyini nəzərə aldıqda, həmin ərazilərdə tikinti-bərpa işlərinin aparılması ortaya müəyyən suallar çıxarır. Təbii, Cocuq Mərcanlı və erməni işğalından azad olunmuş digər yaşayış məntəqələrimizdə infrastruktur bərpa olunmalı, əhalinin yaşayışı üçün zəruri şərtlər təmin edilməlidir. Ancaq unutmayaq ki, müharibənin yenidən alovlanacağı təqdirdə, birbaşa təmas xəttində yerləşən məntəqələr yenə atəş altında qalacaq. Belə olan halda haqqında danışılan işlərə indidən vəsait ayrılmasının məqsədəuyğunluğu müzakirə mövzüsuna çevrilir.

Mövzu ilə bağlı Yeniçağ.Az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam özlüyündə çox mühüm addımdır və praktik olduğu qədər də, rəmzi əhəmiyyət daşıyır:

Üzeyir Cəfərov ile ilgili görsel sonucu“Prezidentin Cocuq Mərcanlı kəndində infrastrukturun bərpası haqqında verdiyi sərəncam bir neçə aspektdən çox mühüm əhəmiyyət kəsb edir. Düzdür, məsələyə səthi baxdıqda, düşünmək olar ki, cəbhə bölgəsindəki yaşayış məntəqələrinin bərpası ilə müharibə tam başa çatdıqdan sonra məşğul olunmalıdır. Ancaq burada bəzi məqamlar da nəzərə alınmalıdır. Xatırladım ki, təmas xəttində yerləşən Cocuq Mərcanlı kəndi uzun müddətdir ki, erməni işğalından azad olunub və ordumuz o kəndə nəzarət edir. Ancaq ötən ilin aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi Cocuq Mərcanlının təhlükəsizliyinin təmin olunmasına şərait yaratdı. Ona görə də, prezidentin bu sərəncamı əhalinin Cocuq Mərcanlıya qayıdışına yol açan addım kimi təqdir olunmalıdır.

Digər tərəfdən, Cocuq Mərcanlının bərpasına yönələn qərarlar həm də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək qətiyyətinin növbəti dəfə həm ermənilərə, həm də bütün dünyaya nümayişidir. Prezident bununla növbəti dəfə mesaj verdi ki, Azərbaycan öz ərazilərinin bir qarışını da güzəştə getməyəcək. Cocuq Mərcanlının atəş altında qalacağı məsələsinə gəldikdə isə, deyim ki, Azərbaycanın təmas xəttindəki məntəqələrinin əhalisi artıq 25 ildir ki, ordumuza güvənərək, o şəraitdə yaşayır”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv