!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Muhsin Yazıcıoğlunun ölüm əmrini Gülən verib – FETÖ liderinin ilginc cinayəti

!Reklam – Yazi

Türkiyənin ən nüfuzlu siyasətçilərindən biri olmuş Muhsin Yazıçıoğlunun ölümü ilə bağlı hazırlanmış dosyedə onun edam əmrini Fətullah Gülənin verdiyi qeyd olunub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Böyük Birlik Partiyasının (BBP) sədri Muhsin Yazıcıoğlunun həlak olduğu 2009-ci il martın 25-də helikopter qəzası ilə bağlı 15 iyul çevriliş cəhdindən sonra əldə edilən məlumatlara uyğun olaraq, əsas şübhəli şəxsin Fətullah Gülən olması ilə bağlı yeni təhqiqat başlayıb.
Yazıcıoğlunun ölümündən 8 il sonra başlayan yeni təhqiqat dosyesində Gülənin həmin qəzadan 5 gün sonra çəkilən videoda siyasətçi barəsində “Bir ilahi zərbə ilə bayıra atıldı” və “Cümə axşamı vəfat edib, cümə günü meyidi tapıldı” dediyi görüntülər yer alıb. FETÖ liderinin bu sözləri “şifrəli cinayət etirafı” kimi qiymətləndirilir.

Xatırladaq ki, Yazıcıoğlu Türkiyədəki azlıqlara qarşı bəzi cinayətlərin törədilməsindən sonra “Azlıqların liderləri ilə görüşüb, mühüm açıqlamalar verəcəyini” söylədikdən və İngiltərə-İraq xəttində bir sıra görüşlər keçirtdikdən sonra müəmmalı helikopter qəzasında həlak olub. Daha sonra verilən açıqlamalarda Yazıcıoğlunun qəzadan sağ çıxdığına dair kəşfiyyat məlumatları ortaya çıxdı. Helikopterin yerə çırpılmasına baxmayaraq, Yazıcıoğlunun həlak olmadığı, ancaq hadisə yerinə gələn və hazırda FETÖ-çu olduqları üzə çıxan şəxslər tərəfindən öldürüldüyünə dair iddialara aydınlıq gətirilmədi. 15 iyul çevriliş cəhdindən bir qədər əvvəl isə bu hadisə ilə bağlı aparılan istintaq dayandırıldı və cinayət işi “adi bir qəza” qismində bağlandı.

Ancaq Yazıcıoğlunun ailəsi tərəfindən hüquq müstəvisində aparılan mübarizə və çevrilişə cəhddən sonra əldə edilən sənədlər həmin helikopter qəzasının FETÖ və onun lideri Fətullah Gülən tərəfindən planlaşdırılan bir cinayət olduğunu üzə çıxartdı. Bu səbəbdən, 15 iyul çevriliş cəhdindən iki gün sonra cinayət işi yenidən bərpa olundu və Kahramanmaraş Növbətçi Sülh Cəza Məhkəməsi təhqiqatı davam etdirdi. Təhqiqat davam edərkən qəzada həyatını itirən 6 nəfərin vəkili tərəfindən irəli sürülən ittihamnamə əsasında Kahramanmaraş Cümhuriyyət Baş Prokurorluğunun açdığı yeni cinayət işində əsas şübhəlinin Fətullah Gülən olduğu üzə çıxıb.

Yazıcıoğlu ailəsinin vəkili Süleyman Ekici sözügedən cinayət işi ilə bağlı bunları deyib:

“Biz lap əvvəldən bu hadisənin qəza deyil, cinayət olduğunu deyirdik. O tarixdə 132 şübhəli şəxs barəsində ittiham irəli sürdük, ancaq 15 iyul çevriliş cəhdindən bir qədər əvvəl o adamlarla bağlı cinayət işlərinə xitam verildi. Ancaq indi görürük ki, həmin 132 nəfərin arasında olan şəxslərin bir çoxu FETÖ işi çərçivəsində həbs edilib, onların sırası az qala hər gün genişlənir. Təhqiqatda əsas şübhəli olan Gülən, Yazıcıoğlunun ölümündən 5 gün sonra “Alp ərənlər və ləyaqət” başlıqlı bir mesaj yayımlayıb. O mesajda Yazıcıoğlunu hədəfə alaraq işlətdiyi “Bir ilahi zərbə ilə bayıra atıldı” və “Cümə axşamı vəfat edib, cümə günü meyidi tapıldı” ifadələri cinayətə dair sübut kimi cinayət işinə daxil edilib. Həqiqətən də Yazıcıoğlunun olduğu helikopter cümə axşamı vurulub, meyidi isə cümə günü tapılıb”.

Yeniçağ.az

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv