www.sinerjipro.net

SinerjiProWide
Reklam

610x380xmusaagayev.jpg.pagespeed.ic.em0zIlKXY2Mehdiabad qəsəbəsində keçirilən görüşdə 1000-dən çox seçici iştirak edib

Artıq bir neçə gündür ki, 118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd, Musa Ağayev seçicilərilə görüşlər keçirir. Musa Ağayevin Seçki Qərargahından verilən məlumata görə, bu səfər Mehdiabad qəsəbəsində seçicilərlə görüşdə qəsəbə sakinləri, ağsaqqallar, qəsəbədə yaşayan ziyalılar məcburi köçkünlər iştirak ediblər. 1000-dən çox seçicinin iştirakı ilə baş tutan görüşdə Musa Ağayev özünün siyasi fəaliyyəti ilə bağlı ətrəflı məlumat verib və onlara seçkilərdə fəal iştirak etmək üçün çağırış edib. Seçiciləri qarşısında çıxış edən Musa Ağayev onun namizdəliyinin təsdiq olunması üçün imza verən Ağdamlılara təşəkkürünü də bildirib. O qeyd edib ki, Milli Məclisə deputat seçiləcəyi təqdirdə seçicilərini narahat edən məsələlərin həllinə yaxından köməklik göstərəcək: “Çox təəsüf ki, Ağdam şəhərindən Milli Məclisə millət vəkili seçilən şəxslər bu günə qədər yalnız insanlara vədlər verərək onları aldatmaqla məşğul olublar. Hüquqları tapdalanan insanların səsinə biganə yanaşıblar. Bunu mən özümdən demirəm, siz də bunu yaxşı bilirsizin. Artıq bir neçə gündür ki, Ağdamlılarla görüşlərim davam edir. Onlar məhz Ağdamdan seçilən millət vəkillərinin fəaliyyətlərindən həddən artıq narazılıqlarını bildirirlər. Odur ki, sizləri ədalətli seçkilərin baş tutması üçün hamınızın seçkilərdə iştirak etməyinizi vacib sayırım. Əgər hamımız seçkilərdə fəail iştirak etsəniz saxtakarlıqların qarşısın almalı olarsızınız. Üzümü həmin şəxlərə tutub deyirəm ki, bir adam kütləni hər zaman, hər dəfə aldad bilməz”.

Sonda Musa Ağayev seçicilərindən seçkiyə gəlmələrini, demokratik prosesdə iştirak etmələrini, ümumiyyətlə Azərbaycanda seçki mədəniyyətinin inkişafında iştirakçı olmaq üçün seçicilərindən bir daha seçkilərdə fəal iştirak etmələrini xahiş edib(ölkə)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."